İmam Zaman(ə)ı görməyin mümkünlüyü

10:37 - 2017/09/30

İmam Zaman(ə.f)la görüşə nail olmaq nadir şəxslərə nəsib olan böyük ilahi nemətdir.

Bəzən sual meydana gəlir ki, İmam Zamanı(ərvahuna ləhul-fida) görmək mümkündürmü? Onunla görüşə nail olmaq hansı şəraitdə baş verə bilər? Bu suallara cavab tapmaq üçün aşağıdakı nöqtələrə diqqət yetirmək lazımdır:
1. Qeybət dövrünün xüsusiyyəti bundan ibarətdir ki, İmam(ə.f) adi şəraitdə gözlərdən qeybdə olsun. Yəni, bu dövrdə heç kəs onu görməməlidir. Yalnız çox az sayda şəxslər istisna olmaqla ki, o şəxslər İmam(ə)ın öz əmri ilə, xüsusi şəraitdə o Həzrətin hüzurunu dərk etməyə müvəffəq ola bilirlər. Buna əsasən İmamı görə bilməmək imanın zəif olmağı və insanın pisliyinə dəlalət eləmir. Bir çox imanlı və təqvalı şəxslər vardır ki, İmamı(ə) görmək nemətindən məhrumdurlar, lakin bu, onların imanına heç bir xələl gətirmir.
2. İmamın görüşünə nail olmaq insana əta ola biləcək ali bir nemətdir. Buna görə də insan, ilahi təqva libasını geyinməklə və mənəvi seyri-süluka sahib olmaqla, Allahın izn verəcəyi təqdirdə və məsləhət olarsa İmamını görmə şərəfinə nail ola bilər. Elə isə insan bu yolda öz səyini göstərməlidir, lakin nəticə Allah Təalanın əlindədir.
3. O Həzrəti yuxu aləmində də görmək mümkündür. Bəzən insanın hidayəti üçün və ya hər hansı müşkülünün həlli üçün İmam(ə) yuxuda bir kəsə görsənə bilər. Lakin bilmək lazımdır ki, yuxu aləmi ilə həyatda müşahidə eləmək müqayisə oluna bilməyəcək qədər fərqlidir. Günəşin nuru ilə zərrələrə bənzəyən ulduzların müqayisəsi kimi. İmamın görüşü bu aləmdə nadir şəxslərin nail ola biləcəyi əzəmətli bir nemətdir. Lakin insan buna nail ola bilmədiyi üçün süst olmamalı, təlaş və səyindən əl götürməməlidir. Eləcə də o Həzrəti yuxuda müşahidə eləmək də insana qürur gətirməməli, özünü üstün və seçilmiş şəxs hesab etməməlidir. İnsan hər zaman o Həzrətin razılığını əldə etmək üçün çalışmalı və nəfsinin islahını bütün işlərdən öndə tutmalıdır. Əgər bu yolda İmamın görüşü də ona nəsib olarsa Allah Mütəala bu nemətə görə şükr etməlidir.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.