Bəla və Əzab

12:21 - 2020/04/06

- Bəla zamanı hər bir şəxsin vəzifəsi, bunun hansı səbəbdən doqduğunu bilmək yox, bəlaların qurbanlarına yardım əli uzatmağdır.

Bismillahir rəhmanir rəhim

Qurani Kərimə nəzər saldıqda iki məfhumla qarşılaşırıq ki, bəzən onları bir birindən ayırd etməkdə çətinlik çəkirik. Bəla və əzab nədir? Onların nə kimi fərqləri vardır?
"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver!"(Bəqərə/155)
"Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!"(Ali İmran/56)

Bəla nədir?
Bütün bəlalar yalnız günahların müqabilində insana verilmir. Əksinə mömin şəxs hər nə qədər pak və Allaha daha yaxın olarsa bəla və imtahanların dərinliyi də bir o qədər çox olacaqdır. Bəqərə surəsinin 155-ci ayəsinə diqqət etdikdə görürük ki, ayə iman əhlinə xitab olunur. Göründüyü kimi ayədə zikr olunan bəla və imtahanlar günahların müqabilində verildiyi qeyd olunmur. Bunun mömin şəxs üçün mənəvi bir tərəqqi olduğu və buna səbr edənləri mükafatlar gözlədiyi bəyan olunur.
"Əl-kafi" kitabının "Möminin imtahanının şiddəti" adlı babında bir rəvayətdə belə nəql olunur:
Əbdurrəhman ibn Həccac belə deyir: "İmam Sadiqin(ə) yanında mömin şəxsin düçar olduğu ilahi bəlalar və çətinliklər barədə söz açıldı. Həzrət(ə) buyurdu: Allahın rəsulundan(s) soruşuldu ki, dünyada kimin bəlaları daha çətindir? Rəsulullah(s) buyurdu: "Peyğəmbərlərin, sonra onlara ən çox oxşayan şəxslərin. Sonrakı mərhələdə möminlərdirlər ki, onlar da öz imanları və saleh əməlləri miqdarında imtahan olunarlar. Beləliklə hər kəsin imanı çox və əməlləri saleh olarsa çətinlikləri və sıxıntıları daha çox olar."(1) 
Bəlalar bəzən mal dövlət kimi xoş üzlə və bəzən də fəqirlik və xəstəlik kimi bəd üzlə insana tərəf gəlir.. Lakin bütün bu halların hamısında mömin şəxs üçün mənfəətlər vardır ki, ilahi hikmətlər çərçivəsində bəşərin sorağına gəlir. Beləliklə hər hansı bir bəlaya düçar olan şəxsin barəsində hansısa günahının cəzasını çəkdiyini düşünməməliyik. Əksinə bunun bir ilahi imtahan və tərəqqi amili olduğunu bilməliyik.

Əzab nədir?
Bəla ilə əzabın fərqi bundadır ki, əzab günahların müqabilində ilahi ədalət çərçivəsində baş verir. Buna əsasən əzab gəldikdə qurunun oduna yaşda yanır düşüncəsi yalnışdır. Çünki bu ilahi ədalətin ziddinədir. Yuxarıdakı fikirin əksinə olaraq əzab gəldikdə hamı yox, yalnız bu əzaba layiq insanlar bununla cəzalanırlar. Buna misal olaraq bu ayələri gətirmək olar: 
"Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı) qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər."(Əraf/64)
"(Hud tayfasının məhvi barəsində) əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Hudu(ə) və onunla birlikdə iman gətirənləri xilas etdik və onları şiddətli əzabdan qurtardıq!"(Hud/58)
   Beləlilkə aydın oldu ki, bəla ilə əzab bir birinə oxşamasına baxmayaraq onların mahiyyətı arasında ciddi fərqlər mövcuddur.
Lakin sonda bunu da qeyd etmək yerinə düşərdi ki, hər hansı bir müsibət və fəlakət zamanı müsibət görmüş və xəsarət almış şəxslərə kömək etmək və onların ehtiyaclarını qarşılamaq hər bir şəxsin insanlıq və dini borcudur. Belə hadisələr zamanı bunların hansı səbəbdən doğduğunu və bunun bir bəla və ya əzab olduğunu bilməyə gərək yoxdur. Buna əsasən hər bir şəxsin vəzifəsi bu fəlakətlərin qurbanlarını müttəhim etmək yox, öz imakanları dairəsində belə hadisələrin nəticələrini aradan qaldırmaq olmalıdır.

(1). Əl-kafi, c2, səh.252.

کلمات کلیدی: 

نظرات

Asiye123's picture
Submitted by Asiye123 on

باسلام
به چه زبانی نوشتین

ناشناس's picture
Submitted by ناشناس on

آذربایجان

malek84's picture
Submitted by malek84 on

سلام علیکم و رحمة الله این بخش سایت به زبان آذری می باشد

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.