İmam Zaman(ə.f)ın vəliyyi-fəqihlə əlaqəsi

09:50 - 2017/10/25

Vəliyyi-fəqih İmam Zaman(ə)ın naibi olduğu və müsəlmanların işləri onun əlində olduğu üçün İmam(ə)ın vəliyyi fəqihə birbaşa və ya vasitələrlə yardım etməsi əqlə uyğundur.

Biz Əhli beyt tərəfdarlarının etiqadı budur ki, İmam Zaman(ə)ın qeybəti zamanında bir çox hədislərin buyurduğuna əsasən camiuş-şərait olan bir fəqihə müraciət olunmalıdır. Buna görə də biz belə bir şəxsi İmam Zaman(ə.f)ın naibi hesab edirik. Bəziləri üçün sual yarana bilər ki, İmamın naibi olan vəliyyi-fəqihin o Həzrətlə əlaqəsi vardırmı?
Bu sualın cavabında demək lazımdır ki, bizim bu barədə heç bir dəlilimiz yoxdur. Nə bu məsələnin isbatı üçün, nə də inkarı üçün sübut yoxumuzdur. Buna görə də hər iki ehtimalı vermək olar. Şübhəsiz əgər hər hansı əlaqələri olmuş olsalar belə bu məsələni gizlin saxlayardılar. Lakin belə bir dəlil gətirmək olar ki, onlar İmam Zaman(ə)nın naibi olduqları və müsəlmanların işləri onların əlində olduğu üçün Həzrət onlara xüsusi inayət edərək, müşküllərin həllində onlara yardımçı olur. Bu yardım ya bir başa öz tərəfindən ya da İmamın dostları tərəfindən ya da ilahi yuxu vasitəsi ilə baş verə bilər. Necə ki, İmam Zaman(ə)ın alimlərə elmi və digər müşküllərində yardımçı olması barədə tarixdə qeyd olunmuşdur. Buna misal olaraq İmam(ə)ın Şeyx Mufidə və digər alimlərə köməyini misal göstərmək olar.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.