Quranda gələn "şəcəreye məlunə"nin mənası

11:45 - 2017/10/25

Quranda zikr olunan "şəcərətun məlunə" sözünün mənası hədislərə və təfsir alimlərinin rəylərinə əsasən müxtəlifdir.

"Şəcərətun məlunə" ifadəsinin mənası nədir? Təfsir alimləri bu ibarənin izahında müxtəlif nəzərlər irəli sürmüşlər:
1-ci nəzər: Bu ibarədən məqsəd "zəqqum ağacıdır. Saffat surəsinin 64-cü ayəsinə görə "zəqqum ağacı" cəhənnəmin dibində bitən bir ağacdır ki, acı və əziyyət verici bir meyvəyə malikdir:
"O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar."(Saffat/64)
Duxan surəsinin 46 və 47-ci ayələrinə əsasən bu ağacın meyvəsi günahkarların qidasıdır. Lakin bu, adi dünya qidaları kimi deyildir. Bu meyvə sanki ərinmiş metal kimi onların bədənində qaynayacaqdır. Qureyş müşrükləri öz cahilliklərinə görə bu ayəyə rişxənd edirdilər. Əbu Cəhl ələ salmaq üçün xurma və kərə yeyərək dostlarına belə deyərdi: "Bunlardan yeyin. Zəqqum elə bunlardır."(1) Bu cəhətdən Qurani Kərim, yuxarıdakı "şəcərətun məlunə" ayəsini insanların imtahan vasitəsi qərar vermişdi. Belə ki, inadkar müşrüklər bu ayəni inkar etməklə öz azğınlıqlarını artırır, mömünlər isə təslim olaraq Allaha yaxın olurlar.
2-ci nəzər: Burada məqsəd inadkar yəhud qövmüdür. Onlar budaqları və yarpaqları çox, lakin Allah dərgahında bəyənilməyən bir ağac kimidirlər.(2)
3-ci nəzər: Əhli beyt məzhəbi və əhli sünnətin bir çox təfsirçiləri "şəcərətun məlunə"nin Bəni Üməyyə olmasını qeyd etmişlər.(3)
Bu təfsir Aişədən nəql olunan bir hədislə müvafiqdir. Nəql olunur ki, Aişə üzünü Mərvana tutaraq dedi: "Allah, sən atanın sülbündə ikən atana lənət etdi, buna görə də sən o kəsin canındansan ki, Allahın lənətinə düçar olub."(4)
Diqqət olunmalı məsələ budur ki, bu təfsirlərin əksəriyyəti və ya heç birisi bir biriylə müxalif deyildir. Mümkündür ki, Quranda adı çəkilən "şəcərətun məlunə" hər bir münafiq və xəbis quruplara aid edilmişdir. Xüsusiylə də Bəni Üməyyə və inadkar yəhud qövmü və bütün onların yolu ilə hərəkət edən insanlara şamildir. Qiyamətdə olan "zəqqum ağacı" da bu dünyadakı "xəbis ağaclar"ın vücudunun təcəssümüdür. Bütün bu xəbis ağaclar bu dünyada mömünlərin imtahan olunması üçün bir vasitədir.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.