Çox mühüm ilahi göstəriş- valideyn

23:08 - 2018/01/15

Qurani Kərimin ən mühüm göstərişlərindən biri valideynlərlə gözəl rəftar edərək onlara ehsan etməkdir.

Qurani Kərimin ruh oxşayan və insana həyat verən ayələrinin üzərində təfəkkür eləməklə bəşərin heyran qaldığı Quran maarifinin gözəllikləri ilə daha çox tanış oluruq. Bu gözəlliklər və zərif nöqtəllər elə dərin ilahi maarifə malikdir ki, nəinki müsəlmanların hətta qeyri müsəlmanların da diqqətini özünə cəlb etmişdir. Bu qısa yazıda bu zərif nöqtələrdən birinə işarə vuracağıq.
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" – de" (İsra/23,24)
Bu valideynlər barədər nazil olan mübarək ayələrdə bir neçə mühüm nöqtə vardır:
1. Allah təala özünə bəndəçilik və ibadətə əmr etdikdən sonra valideynlərə ehtiram və yaxşılıq etməyə göstəriş vermişdir. Bu məsələnin tohidlə yanaşı gəlməsi onun Allah yanında əhəmiyyətini çatdırır. "Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur..."
2. Allah Təala insanın əql-təfəkkür qüvvəsini və hisslərini oyatmaq üçün ona, valeynlərinin onu necə böyütməsini və onun üçün necə zəhmətlər çəkmələrini xatırladır. "Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi..."
3. Valideynlərə ən kiçik ehtiramsızlıq sayıla bilən ən qısa ifadəni belə işlətməməyi əmr edir. "...Onlara: "Uf!" belə demə"
4. Valideynlərlə münasibətdə həmişə ən gözəl kəlmələrdən istifadə edərək və ən lətif rəftarlarla davranmağı əmr edir. "Onlarla xoş danış!..."
5. Valideynləri incidərək onları özündən uzaqlaşdırmamağı buyurur. "...Üstlərinə qışqırıb acı söz söyləmə..."
6. Valideynlərə xidmət yolunda ən son təvazö halıyla davranaraq onlara öz mehribanlıq və məhəbbət qanadlarını aç deyə buyurur: "Onları mərhəmət qanadının altına sal..."
Qurani Kərimin buyurduğu bu davranış yalnız müsəlman valideynlərə məxsus deyildir. Hətta valideyn başqa bir dinin sahibi və ya dinsiz belə olsa islamın valideynlər barədə əmr etdiyi bu rəftarlar onlara da şamildir.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.