Cəhənnəmin yaradılışının hikməti

16:23 - 2018/02/18

Cəhənnəm insanların öz zülmlərinin həqiqətidir ki, atəşə çevrilərək onların əzabına səbəb olur.

Belə bir sual yarana bilər ki, ilahi əzab və cəhənnəm atəşi Allahın rəhmət sifəti ilə necə uyğunlaşır?

Cavab: Allahın hikmət dolu yardılışında cənnətin olması varlıq aləminə lazımlı və faydalı olduğu kimi cəhənnəmin də olması zəruri və hədəflidir. Belə ki, Allah Təala Qurani Kərimdə öz bəndələrinə olan nemətlərini sadaladığı zaman cəhənnəmi və onun əzabını da nemətləri sırasında qərar verir: "Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir! Onlar onunla (cəhənnəm odu ilə) qaynar su arasında dolanıb duracaqlar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" Cəhənnəm əzabının faydalarından biri də budur ki, bir çox insanlar onun qorxusundan batil yoldan və cinayətdən çəkinir, beləcə insanların hidayət və səadətinə səbəb olur. Buna əsasən Allah Təala onu bir nemət olaraq hesab etmişdir. Çünkü cəhənnəm əzabı əksər insanlar üçün təkamülə və bəndəçiliyə şövq etdirən bir amildir.
Bəzi filosof, irfan və kəlam alimləri cəhənnəmin vücudunun hikməti barədə müxtəlif dəlillər gətirmişlər ki, burada onlardan birinə işarə vururuq. Onların nəzərinə görə cəhənnəm insanların əməllərinin təcəssümündən başqa bir şey deyildir. Axirətdə olan cəzalandırma dünya cəzalarından fərqlidir. Axirət cəzası insanların öz zülmlərinin həqiqətidir ki, cəhənnəm atəşinə çevrilərək onların əzabına səbəb olur. Qurani Kərim bu haqda belə buyurur: "Özləri ilə pis əməllər gətirlənlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Dünyadakı pis) əməllərinizdən başqa bir şeyləmi cəzalanacaqsınız?"(Nəml/90). Başqa bir ayədə belə buyurulur: "Ey kafir olanlar! Bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq (dünyada) törətdiyiniz əməllərlə cəzalanacaqsınız!"(Təhrim/7) Bu onu göstərir ki Allah Təala günahkarların əməllərini cəhənnəm odunun yanacağı olaraq qərar vermişdir. Yəni hər bir zülm cəhənnəmdə bir odun olacaqdır. Allah Təala buyurur: "(Haqq yoldan) çıxanlar isə cəhənnəm üçün odun olacaqlar."(Cin/15) Buna görə də belə bir odun qorxusundan yalnız Allaha sığınmaq gərəkdir. "...Yanacağı (günahkar) insanlardan və daşlardan ibarət olan oddan (cəhənnəmdən) həzər edin(qorxun)!"(Bəqərə/24)
Başqa bir yerdə Qurani Kərim yetim malı yeyənlər barədə belə buyurur: "Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək..."(Nisa/10)
Allah Təala insanı ixtiyarlı bir varlıq olaraq onu öz əməlləri ilə həm cənnəti, həm də cəhənnəm odunu yaratmaqda azad buraxmışdır. Hətta insan öz rəftarları ilə öz vücudunu belə cəhənnəmə çevirə bilər. Bu zaman, öz insani əsalətini əldən vermiş günahkarın vücudu ilə cəhənnəm odu arasında heç bir fasilə qalmır. Lakin unutmaq olmaz ki, bu o kəslərə aiddir ki, bütün səadət yolları olan tövbə, şəfaət, ilahi məğfirət qapılarını üzünə bağlamış olsun. Bu halda artıq heç bir amil onlarla əməlləri arasında mane yarada bilməyəcəkdir.
İkinci məsələ budur ki, Allahın rəhmət və məğfirəti həmişə hikmət və ədalətlə yanaşıdır. Buna əsasən əgər bəndənin günahı o həddə olarsa ki, yalnız cəzalanmaqla tənbeh oluna bilər, bu halda cəzalanma zəruri olacaqdır. Necə ki, bir ana bütün analıq məhəbbəti ilə yanaşı övladının islahı üçün bəzən onu cəzalandırmağa ehtiyac görür. Bir ananın belə rəftarı heç də onun analıq mehriylə ziddiyət təşkil etmir. Elə isə Allah Təalanın öz bəndələrini cəzalandırması heç də onun rəhmət sifəti ilə müxalif deyildir.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.