Allaha doğru aparan yol

11:51 - 2018/02/16

Günah və başqa xarici maneələr insanı öz qurduğu proqrama əməl etməkdən saxlayır, onu əməllərində süstləşdirir. Buna görə də salik günahdan uzaq olmaq üçün təlaş etməlidir.

Sual: Necə edəkki Allaha tərəf getmək üçün qurduğumuz proqramımızda muvəffəq olaq və bizdə süstlük yaranmasın?

İlk növbədə insan gərək öz iradəsini gücləndirsin. Əxlaq ustadı Ayətullah Təhriri ona iradənin gücləndirilməsi haqqında ünvanlanmış suala bu cür cavab verir: " İradəni bu işlərlə gücləndirmək olar; Görüləcək işin əhəmiyyətinə və hədəfinə diqqət yönəltmək, düzgün və əməl etməyi bacardığın həddə proqram qurmaq. Sonra o proqrama elə bir formada əməl etmək lazımdır ki, əgər xarici maneə ilə qarşılaşsa və onu aradan apara bilməsə, ya xəstəlik və yorğunluq kimi daxili maneə ilə qarşılaşsa, həmin maneələr aradan qalxan kimi fasilə vermədən proqramına davam etsin. Bu işləri gərək Allaha təvəkkül edərək davam etdirsinki iradəsi güclənsin."
Salik gərək özünü çox proqramlarla yükləməsin və nəticədə yorulub həmin proqramları yarımçıq qoymasın. Adətən əxlaq ustadları buyururlar ki, məsələn əgər "Kumeyl" duasını oxmağa hal tapmısınızsa, amma duaya başlayandan az sonra yorulub artıq səhifələri vərəqləyirsiniz ki, baxasınız duanın qurtarmasına nə qədər qalıb, bu halda duanı yarımçıq saxlayın və davam etdirməyin, bir də halınız olanda oxuyarsınız. Çünki özünü məcbur etmək addım-addım duadan tamamilə uzaqlaşmağa səbəb ola bilər.
Burada diqqət olunası məsələlərdən biri də budur ki, salik proqram quranda gərək gündəlik işlərini, gedib-gəldiyi yerləri, dostlarını və s. həmin proqrama uyğunlaşdırsın. Məsələn Həzrəti İsadan(ə) dost haqqında bu məzmunda bir rəvayət var; Bu üç dəstə ilə dostluq edin: 1. O kəslərlə ki onu görməklə Allahı xatırlayasınız. 2- O kəslərlə ki, danışanda sizin elminiz artsın. 3. O kəslərlə ki, onun əməli sizin axirətə olan rəğbətinizi artirsın.
Daha çox günah və başqa xarici maneələr insanı öz qurduğu proqrama əməl etməkdən saxlayır, onu əməllərində süstləşdirir. Salik günahdan uzaq olmaq üçün təlaş etməlidir. Çünki qurduğu proqram onu Allaha yaxınlaşdırmaq üçündür, günah isə onu Allahdan uzaqlaşdıran əsas amildir. Bunlar bir birinə zidd olan şeylərdir. Ona görə də mümkün deyil ki, salik həm günah edə və onu Allahdan uzaqlaşdıra biləcək vasitələrlə əlaqədə ola, həm də Allaha yaxınlaşmaq üçün olan proqramına və əməllərinə davam edə. Biri olsa o birisi zamanla mütləq aradan gedəcək.
Təcrübə olunmuş məsələlərdən biri budur ki, bir bəndə hansısa kitab oxumaqla ya hansısa moizəyə qulaq asmaqla müsbət enerji alır və özündə Allaha tərəf hərəkət etmək üçün qüvvə hiss edir və özünə proqram quraraq "yola düşür". Lakin onu Allahdan uzaqlaşdıra biləcək şeylərdən qafil olur və onlarla olan əlaqəsini kəsmir. Məsələn, nisbətən az da olsa insanın şəhvani hisslərinə təsir edə biləcək səhnələri olan filmlərə, seriallara və ya proqramlara baxır. Düzdür ki, əvvəl-əvvəl o səhnələr ona çoxda təsir qoymur və hətta gözünü yumur ya üzünü çevirir, ya da elə adi səhnələr olur ki, üzünü belə çevirməyə lüzum görmür, lakin orada qısa ətək geymiş xanimlar olur və oda üzünü çevirmədən və günah etməyi düşünmədən baxır. Amma “dama- dama göl olur”. Bu şeylər sonda o həddə çatır ki, həmin adamın öz proqramından və yaxşı əməllərindən qalmasına səbəb olur və hətta – Allah qorusun – günaha tərəf meyl etməsinə səbəb olur. Bir cavanın günahdan çəkinmək haqda Ustad Ayətullah Əli Füruğiyə ünavnaldığı suala Ustad bu cür cavab verir:
“... bir neçə nöqtəyə diqqət edin;
1. Allahın rəhmətindən naümid olamyın: “Allahın mərhəmətindən ümidinizi kəsməyin” (Yusif-87), “ (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” ( Zumər-53). 
2. Çox istiğfar edin (əstəğfirullahə rabbi və ətubu iləyh). 
3. Yaşam tərzinizi, o cümlədən yemək, içmək və geyiminizi dəyişin, xüsusəndə bəzi filmlərə baxmaqdan və cinsi məsələlərə aid olan bəzi şeyləri oxumaqdan pəhriz edin. 
4. Allahdan və qiyamətdən qorxun və bilin ki, Allah bizim əməllərimizi görür və qiyamət günü yaxındır. 
5. Tənha qalmaqdan tamamilə çəkinin. 
6. Tez bir zamanda ailə həyatı qurmağa cəhd edin(subaysınızsa). 7. Günahı tanıyıb ondan uzaqlaşmaq üçün yazılmış kitablardan istifadə edin. 
8. Gündəlik proqramınızı elə tənzim edin ki, boş vaxtınız qalmasın və günah arxasınca getməyə vaxtınız olmasın...
Günahdan başqa bihudə və faydası olmayan işlərlə məşğul olmaq da insanı Allahdan uzaqlaşdırır və tədricən qurduğu proqramdan uzaqlaşmağa səbəb olur. 
Biz burada bir günaha işarə etdik. Amma bütün günahlar da belədir və hamısını tanıyıb onlardan uzaqlaşmaq lazımdır.
Deməli əgər bir salik   müvəffəq olmaq və öz proqramına davam etmək istəyirsə gərək günahdan və pis dostlardan uzaq olsun, məcbur olmasa evdən bayıra çıxmasın, seriallara və hər bir yolla insanın mənəviyyatına mənfi təsir qoyan televiziya proqramlarına baxmasın və onu prqoqramından və tutduğu yoldan uzaqlaşdıracaq hər bir vasitədən uzaq gəzsin.
Allah bizə ona tərəf getməkdə və əməllərimizdə müvəffəq olmaqda kömək olsun!!!

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.