Qurani Kərim və ildırımın faydası

14:17 - 2018/02/27

Rəd surəsinın 12-ci ayəsində Allah təala ildırımın insanlar üçün bir ümid və mənfəət mənbəyi olmasına işarə vurur ki, günümüzdə onun mühüm faydaları bizə aşkar olunmuşdur.

Bəzi Quran ayələri insana ilahi nişanələri xatırlatmaqla yanaşı mühüm elmi nöqtələrə də işarə vurur. Məsələn Rəd surəsinin 12-ci ayəsində Allah Təala belə buyurur:
" هُوَ الَّذِى يُرِيكُمُ الْبرَقَ خَوْفًا وَ طَمَعًا"
"Sizə qorxu və ümid məqsədilə şimşəyi göstərən, (yağışla yüklənmiş) ağır buludları yaradan da odur."(Rəd/12)
Bu mübarək ayə insanın diqqətini ilahi xilqətə yönəltməkdən əlavə özündə elmi nöqtələri də ehtiva edir. Diqqət etdiyiniz kimi bu ayədə ildırımın insanlarda qorxu yaratmaqla yanaşı, onlar üçün bir ümüd yeri və mənfəət olması qeyd olunur. "Nümunə" təfsirində ildırımın mühüm faydaları haqqında belə buyurulur: "Şimşək çaxdığı zaman yaranan tempratur nəticəsində yağış damcıları ilə çoxlu miqdarda oksigen qazı birləşərək hidrogen peroksidi(oksigenləşdirilmiş su) əmələ gəlir. Hidrogen peroksidin ən mühüm fayadalarından biri mikrobları zərərsizləşdirməkdir. Bu cəhətdən də adətən tibdə yaraların dezinfeksiya edilməsində istifadə olunur. Bu damcılar kimyəvi mübarizə üsulu olaraq yerə endiyi zaman zərərvericilərin yumurtalarını və bitkilərdə olan xəstəlikləri aradan aparır."(1)
Qurani Kərimdə mövcud olan bunun kimi bir çox elmi nöqtələr qeyri müsəlman şəxslərin Qurani Kərimə olan baxışlarını dəyişmiş və bir çox hallarda elm adamları bu ilahi kitabın möcüzəsini təsdiq edərək islamı qəbul etmişdirlər.
(1). "Nümunə" təfsiri, Məkarim Şirazi, Darul-kutubil-islamiyyə, 1374 h.ş, c10, səh.151.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.