Kreditin hökmü

09:25 - 2018/03/04

Malı nisyə(kredit) şəkildə öz nağd qiymətindən baha almağın şəri maneəsi yoxdur.

Alış veriş islam şəriətinə görə həm nağd, həm də nisyə şəkilində baş tuta bilər. Adətən alıcılar mövcud iqtisadi duruma görə nisyə və ya bu günkü dillə desək kreditlə alış veriş etməyə üstünlük verirlər. Lakin adətən satıcılar malı kreditlə satdıqları zaman nağd satışdan daha baha qiymətə verirlər. Nağd və nisyə alış verişdə yaranan bu qiymət fərqinin şəriətdə hökmü nədir? Bu barədə təqlid mərcələrin nəzəri:
Ayətullahul-uzma Xamenei:
Sual: Malın bir il müddətinə kredit yolu ilə, nağd qiymətindən daha baha qiymətə almağın şəri hökmü nədir?
Cavab: Malı nisyə(kredit) şəkildə öz nağd qiymətindən baha almağın şəri maneəsi yoxdur.(1)

Ayətullahul-uzma Məkarim Şirazi:
Sual: Alış veriş nisyə olduğuna görə malı öz qiymətindən baha satmağın hökmü nədir?
Cavab: Hər zaman malı nağd verdiyi zaman bir qiymətə, nisyə verdiyi zaman başqa bir qiymətə verərsə, məsələn belə deyərsə: Bu malın nağd qiyməti filan qədərdir, lakin nisyə(kredit) olduğu halda on faiz artığına satıram, desə və müştəri də qəbul etsə bu alqı-satqının şəri cəhətdən problemi yoxdur və riba(faiz) hesab olunmur.(2)

Ayətullahul-uzma Sistani:
Sual: Mən maşın və ev avadanlığı almaq istəyirəm. Lakin əlimdə nağd pul olmadığına görə kreditlə almaq fikrindəyəm. Onların kreditlə qiyməti nağd qiymətindən bahadır. Sualım budur ki, malların kreditlə alışı icazəlidirmi? Bu alqı-satqı sələm sayılırmı?

Cavab: Malların (avadanlıq, maşın) kreditlə alqı-satqısı onun nağd qiymətindən baha başa gəlsə də şəri cəhətdən icazəlidir. Lakin kreditlərin ödənişində gecikməyə görə satış qiymətindən əlavə pul ödəmək şərti haramdır.(3)

(1). Ayətullahul-uzma Xameneinin rəsmi saytı, istiftaat bölməsi.
(2). Ayətullahul-uzma Məkarim Şirazinin rəsmi saytı, istiftaat.
(3). Ayətullahul-uzma Sistaninin rəsmi saytı, istiftaat.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.