Həsəd xəstəliyindən necə qurtulaq?

01:02 - 2018/03/15

-Həsəd başaqasında olan nemətin onun əlindən çıxmasını diləməkdir. İstər bu nemət həsəd edən şəxsə nəsib olsun istərsədə olmasın.
 

"أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ"
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?” (Nisa 54)

Həsəd nədir?

Həsəd (paxıllıq) mənəvi bir rəzillik və özünü başqasından aşağı bilməkdir. Paxıl adam bunu özündə görür, özünün başqasından hər hansı bir cəhətə görə aşağı olduğunu hiss edir və bunun ardıncada arzu edirki başqasının əlində olan nemət onun əlindən çıxsın, istər bu nemət paxılın özündə olsun istərsədə olmasın, ya ona çatsın ya çatmasın.
Həsədin qibtədən fərqi nədir?
Qibtə odur ki, qibtə edən şəxs başqasında olan üstünlüyə özünündə sahib olmasını istəyir, amma həsəd edəndən fərqli olaraq, həmin nemətlərin və üstünlüklərin onun əlindən çıxmasını istəmir.

Həsədin yaranmasının kökləri.

Həsədin yaranmasının müxtəlif səbəbləri var. Biz burada onlardan bəzilərinə işarə edirik:
1. Daxili xəbislik və çirkinlik: Bəzilərində bu cür bir xüsusiyyət yaranır ki, başqalarında olan maddi və mənəvi nemətləri görməyə dözümləri olmur.
2. Özünü məhrum və alçaq hiss etmək: Yəni özünü əliboş, xar və alçaldılmış gördüyü üçün başqasında olan yüksəkliyi və yaxşılığı görməyə dözə bilmir.
3. Xudbinlik və eqoistlik ruhiyyəsi: Yalnız özünün təriflənməsini və ona ehtiram göstərilməsini və özünün məşhur olmasını istəyir və başqalarında bu şeyləri vücüda gətirən amillərin məhv olmasını istəyir.
4. Düşmənçilik ruhiyyəsi: Paxıllıq etdiyi şəxsə düşmən mövqeyində olduğu üçün, onun sahib olduğu şeyləri və gözəllikləri görmək istəmir.

Həsədi müalicə etmək yolları.

1. İnsaın ruhiyyəsinə və mənəviyyatına vurduğu zərərlər haqqında düşünmək: Paxıl olan şəxs həmişə qəm-qüssə içərisində olacaq, çünki Allahın başqalarına verdiyi nemətləri daimi, tükənməz və saysız hesabsızdır, buna görədə paxıl şəxs həmişə nigarançılıq və qəmginlik atəşində yanacaq.
2. Məsumların(ə) paxılın dini və axirəti üçün, bəyan etdikləri zərərlər haqqında, düşünmək: Burada onlardan bəzilərinə işarə edirik; paxıllıq dinin bəlasıdır, imanı aradan aparır, Allahın vilayətindən və dostluğundan xaric olmağa səbəb olur, Allahın işləri ilə düşmənçilik etməyə gətirib çıxarır, itaətin, tövbənin və şəfaətin qəbul olunmasına mane olur, yaxşılıqları aradan aparır və çoxlu günahların mənşəyidir. İmam Sadiq(ə) buyurur: “ Atəş odunları yandırdığı kimi, paxıllıqda əməlləri yandırır”. (Camiul-əxbar, səh.451)
2. Allahın zatına, sifətlərinə və fellərinə olan imanı gücləndirmək və həmçinin onun hər bir kəsə verdiyi bütün nemətlərin, yaxşılıqların və mənəvi, dünyəvi və axirət gözəlliklərinin rəhmət, ədalət, hikmət üzündən olduğuna və imtahan olduğuna imanı gücləndirmək: Paxıl şəxs bilməlidir ki, insanın bu şeylərdən məhrum olmağı ilahi hikmət üzündəndir, məsələn, Allah onu imtahan edir, ya ruhi və axirət dərəcəsini artırmaq istəyir.
4. Paxıllıqla zidd olan mənəvi hallara sahib olmaq: Yəni daxili çirkinlik yerinə ruhi paklığa və qəlb genişliyinə sahib olsun. Başqalarının sahib olduğu şeylərin müqabilində kiçiklik və hər şeydən məhrumluq hissi yerinə izzətli olsun və özünə hörmət etsin, xudbinlik və eqoistlik yerinə Allahı istəyən, Allahı tanıyan və təvazökar biri olsun və düşmənçilik yerinə başqaları ilə dost olmağı seçsin.
5. Paxıllıq hissinin ondan tələb etdiyi şeyin əksinə rəftar etsin: Nigarançılıq yerinə xoşhal olsun, pis üz göstərmək yerinə yaxşı üz göstərsin, kiminsə arxasınca pis danışmaq yerinə onu tərifləsin. Bu cür rəftarları elə davam etdirsinki, mehribançılığa və dostluğa gətirib çıxartsın.
6. Allaha öz ürək sirlərini açıb desin və Allahla gizlində raz-niyaz etsin: Bu işin həm özü ehtiyacsızlıqdır və həmdə ehtiyacları aradan aparır. Allahla raz-niyaz etmək həsəd kimi ruhi və mənəvi xəstəlikləri aradan aparmaq üçün ən yaxşı və ən təsirli yollardan biridir. İmam Səccad(ə) Allahla bu cür raz-niyaz edir: “ Allahım, hərislik tufanından, qəzəb atəşinin alovlanmasından və paxıllığın mənə qalib gəlməsindən sənə pənah aparıram”. (Səhifeyi-Səccadiyyə 8-ci dua)

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.