Dilin bəlası

02:34 - 2018/03/15

Dil kontrol olmadığı halda insanın zəhmətlərini hədər verərək əməllərini puç edə bilər.

Dil Allah Təalanın insana əta etdiyi bədən üzvlərindən biri kimi insan həyatında böyük əhəmiyyətə malikdir. Bu mühüm üzv bütün başqa əzalara təsir göstərmə qabiliyyətinə malikdir. İmam Səccad(əleyhissəlam)dan nəql olunan bir hədisdə İmam(ə) belə buyurur:
"Adəm övladının dili digər üzvlərinə hakimdir. Hər gün səhər dil o biri əzalardan soruşar: Gecəni necə keçirdiniz? Cavab verərlər: Əgər sən bizi rahat buraxsan yaxşı! Allaha pənah aparırıq sənin əlindən! Çünki biz yalnız sənə görə cəzalanırıq!"(1)
İnsan uzun illər zəhmətlərə qatlaşaraq öz bədən üzvlərini Allaha itaət yolunda sərf edə bilər, lakin bəzən qiybət etmək və ya yalan danışmaqla öz zəhmətlərini hədər verə bilər. Necə ki, Rəsulullah(sallallahu əleyhi və alih) belə buyurur:
"Qiybətin imanı viran etməsi, cüzam xəstəliyinin insan bədənini viran etməsindən daha sürətlidir!"(2)
Həmçinin İmam Həsən Əskəri(əleyhissəlam) buyurur: "Bütün çirkinliklər bir otaqda cəm olmuşdur ki, onun açarı yalan danışmaqdır."(3)
Dilin kontrol olmadığı halda insan əməllərini puç etməsinə, saysız misallar gətirmək olar. Məsələn töhmət vurmaq, söyüş söymək, təhqir etmək, başqalarını lağa qoymaq, öz yaxşı əməllərini başqalarının yanında danışmaq və s. kimi dilin gördüyü işləri də bunlara əlavə etmək olar. Buna görə də bu mühüm məsələyə diqqət etmək və Allah Təalanın bizə verdiyi bu nemətin bizim üçün bəla olmasının qarşısını almaq gərəkdir.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.