Əhli Beytin(ə) seçilmələrinin səbəbi

17:34 - 2018/04/24

İlahi elçilərin bəndələr arasında seçilmələrinin səbəbi onların Allahın təkliyinə və onun rübubiyyətinə ilk iqrar etmələridir.

Bismillahir Rəhmanir Rəhim
Peyğəmbər və Əhli Beytin(əleyhimus səlam) seçilmələrinə və onların Allah yanında xüsusi məqama sahib olmalarına səbəb nədir?
Rəvayətləri araşdırdıqda aydın olur ki, ilahi elçilərin bəndələr arasında seçilmələrinin səbəbi onların Allahın təkliyinə və onun rübubiyyətinə ilk iqrar etmələridir. Davud Riqqi belə nəql edir:
"İmam Sadiq(əleyhissəlam) belə buyurdu: Allah Təala insanları yaratmazdan öncə onları bir yerə cəm edərək onlardan soruşdu: Sizin pərvərdigarınız kimdir? Buna ilk cavab verənlər Rəsulullah(s.ə.a.s), Əmirəl-möminin(ə) və İmamlar(ə) oldular. Dedilər: Sənsən bizim rəbbimiz! Beləliklə Allah din və elmləri onlara əta etdi. Sonra mələklərə belə buyurdu: Bunlar mənim dinimin və elmimin daşıyıcıları və xilqətim arasında mənim əmin şəxslərimdirlər... Daha sonra Adəm övladlarına belə buyurdu: Allahın rübubiyyətinə və bu şəxslərin vilayət və itaətinə iqrar edin! Onlar, bəli ey bizim rəbbimiz dedilər. Allah mələklərə buyurdu: Siz şahid olun! Mələklər dedilər: Biz şahidik ! Sonra deməsinlər ki, biz bundan qəflətdə olmuşuq və xəbərsizik!"(1)
İmam Sadiqdən(ə) nəql olunan digər bir rəvayətdə İmam belə buyurur:
"Qüreyş qəbiləsindən olan bəzi şəxslər Peyğəmbərə(s) belə dedilər: Hansı səbəbə görə sən digər peyğəmbərlərdən üstün oldun, halbuki sən onların sonuncususan? Həzrət belə cavab verdi: Çünkü Allah Təala peyğəmbərlərdən əhd peyman aldığı zaman mən Allahın rübubiyyətinə iqrar edən ilk şəxs oldum..."(2)
Bu rəvayətlərə əsasən Allah Təala yaradılışdan öncə başqa bir aləmdə bütün insanları imtahan etmişdir. Nəticədə bu on dörd nur, ilahi imtahandan başıuca çıxan ilk şəxslər olmuş və Allahın çağırışına cavab verərək onun vəhdaniyyət və rübubiyyətinə hər kəsdən öncə iqrar etmişlər. Buna əsasən bu şəxsiyyətlərin seçilməsi və bütün xilqətdən üstün olması dəlilsiz deyil, ilahi bir imtahanın nəticəsidir.

(1). Əl-kafi, Kuleyni, c1, səh.133.
(2). Əl-kafi, c1, səh.441.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.