Qüds günü

18:11 - 2018/06/08

-QÜDS - BÜTÜN AZADƏ INSANLARIN GÜNÜDÜR! MƏHV OLSUN ISRAIL REJIMI!

"QÜDS GÜNÜ" ilk dəfə 1982-ci ildə İran İslam inqilabının lideri Ayətullahul uzma Imam Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir. Dövrümüzdə isə dünyanın əksər ölkələrində, o cümlədən Amerikada və Avropada da
bu etiraz səsləri ucalmaqdadır.

Tarixə nəzər salsaq görərik ki, 18-ci əsrdən başlanan imperialistlərin dünyanı yenidən bölüşdürülməsi siyasəti 20-ci əsrin əvvəllərində İslam dünyası üçün çox ağır faciələr yaşatdı. Həm Birinci, həm də İkinci dünya müharibəsi müsəlmanlar üçün böyük bəlalara səbəb oldu. Orta Şərqdə xəritə üzərində sərhədləri cızılaraq yaradılan yeni dövlətlər həm də yeni ərazi münaqişələrinə, müharibələrə səbəb oldu.

20-ci əsr müsəlman dünyasının ən böyük faciəsi isə məhz Fələstində yaşandı. Min illər boyu bu torpaqlarda yaşamış Fələstin xalqı yəhudi dövlətçiliyi ideyasının qurbanına çevrildi.  XX əsrin əvvəllərindən başlayaraq Fələstində yəhudi bölgələri yaradan silahlı dəstələr Fələstin xalqına qarşı soyqırımı həyata keçirdi, qəsəbələr, kəndlər yer üzündən silindi, minlərlə insan öldürüldü, 100 minlərlə insan isə didərgin salındı. Osmanlı imperiyası zamanı başlayan bu proses 1922-ci ildə Fələstin əraziləri Britaniya İmperiyasının tərkibinə verildikdən sonra daha şiddətləndi və nəhayət, 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə pik həddə çatdı. Bu gün dünyanın əksər ölkələrinə səpələnən fələstinli qaçqınların ümumi sayı 6 milyondan çoxdur. Bu isə Fələstin xalqının 68%-ni təşkil edir. Müsəlmanların ilk qibləsi, 3 müqəddəs məsciddən biri olan Əl-Əqsa məscidinin yerləşdiyi Qüds şəhəri işğala məruz qaldı və yəhudilərin nəzarəti altına düşdü. Bu ağır faciə dünya ictimaiyyətinin gözləri qarşısında bu gün də davam etməkdədir.

Qüds Günü”nü ümmətin vəhdət günüdür. Bu günü həmçinin müsəlman dünyasının üzləşdiyi problemlərin simvolu hesab edirlər. Kəşmir, Əfqanıstan, İraq, Çeçenistan, Bosniya-Hersoqovina, Fələstin və nəhayət, Qarabağ müharibəsi də müsəlman aləminin yaşadığı faciələrdəndir.

QÜDS - BÜTÜN AZADƏ INSANLARIN GÜNÜDÜR!

MƏHV OLSUN ISRAIL REJIMI!

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.