Qədir-Xum gününün və gecəsinin əməlləri

23:57 - 2018/08/29

Qədir-Xumun bəzi əməlləri

Qədir Xum bayramının gecəsi və günü üçün saysız fəzilətlər və əməllər bəyan olunmuşdur ki, onlardan bəzilərinə işarə edirik:
Namaz
Qədir Xum bayramının gecə və gündüzünün namazı həmçinin Qədir Məscidinin namazının qılınma qaydası Məfatihul cinan və digər dua kitablatında qeyd olunmuşdur.
Oruc
Qədir Xum gününün orucunun xüsusi fəziləti vardır. Həzrət Əli (ə) buyurub: "Əgər Allahın bir bəndəsi bu gündə ixlasla oruc tutsa, dünyanın heç bir günü bu günə  bərabər ola bilməz."
Qüsl etmək
Şiə alimləri Qədir Xum günü qüsulun müstəhəb olması barədə eyni nəzərdədirlər və onu təkid olunmuş müstəhəblərdən bilirlər.
Ziyarət
İmam Rza (ə) buyurub: "Hər kəs Qədir günündə bir mömünün görüşünə gedərsə Allah təala onun qəbrinə yetmiş nur daxil edər və onun qəbrini genişləndirər və hər gün 70 min mələk onun qəbrini ziyarət edib ona behişt bəşarətini verərlər"
  
Təmiz və yeni paltar geyinmək
Əhli beyt dostları Qədir Xum günü özlərini bəzəyir və təzə paltarlar geyinərlər. İmam Sadiq (ə) da öz hədislərində bu işə tövsiyə edərək belə buyurur: "Qədir Xum bayramı günü mömünlər təmiz və gözəl geyinməlidirlər"
Sədəqə vermək
İmam Əli (ə) bu gündə sədəqə vermək barəsində buyurub: "Qədir Xum günü verilən bir dirhəmin savabı, iki yüz min dirhəmin savabına bərabərdir"
Qardaş olmaq
Qədir Xum gününün əməllərindən biri də qardaşlıq əqdi oxumaqdır. Mömünlər Rəsul Əkrəm (s) və Həzrət Əlinin (ə) qardaşlıq əhd peymanına itaət edərək bu gündə qardaşlıq əqdi oxumaqla bir birlərilə qardaşlıq əhdi bağlayırlar. Məfatihul Cinanda qardaşlıq əqdinin necəliyi barədə qeyd olunub.
Təam vermək
Təam ərəm dilində yemək verməyə deyilir. İmam Rza (ə) bu barədə buyurub: "Hər kəs Qədir Xum günündə bir mömünə təam verərsə Allahın bütün peyğəmbər və övliyalarına təam vermiş şəxs kimidir."
 

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.