Qədir Xum xütbəsindən seçmələr

19:02 - 2018/08/30

-

Peyğəmbər (s) dəvələrin yüklərinin üstünə çıxaraq Allaha həmd və sitayiş etdi və açıq-aşkar, fəsahətli və bəlağətli, kinayəsiz və aydın, hamının başa düşəcəyi kəlmələrlə  qorxu və həyəcan olmadan, şəksiz və tərəddüd etmədən insanlara xütbə söylədi. Bu xütbədən sonra heç kəsin hidayət yolunda və öz imamlarını seçmələrində şəkki qalmadı. Burada Peyğəmbərimizin (s) xütbəsinin bir neçə mühum hissələrinə işarə edirik:
İmaməti tanıtmaq barəsində gələn vəhyi elan etmək.
İslam Peyğəmbəri (s) xütbəsinin əvvəlində buyurdu;
"Həqiqətən Cəbrayıl (ə) üç dəfə nazil olaraq, Allahın salamını mənə çatdırdı və buyurdu ki, bu məkanda (Qədir Xum) dayanım və sizin ağınıza və qaranıza, qocanıza və cavanınıza elan edim ki, Əli ibn Əbi Talib (ə) vəsi, canişin və məndən sonra sizin rəhbərinizdir. Onun mənə olan nisbəti Harunun (ə) Musaya (ə) olan nisbəti kimidir. Fərq budur ki, məndən sonra heç bir Peyğəmbər göndərilməyəcək. Əli (ə) Allah (c.c) və Peyğəmbərdən (s) sonra sizin rəhbərinizdir. Allah təala bu barədə Qurani Kərimdə də ayə nazil etmişdir:
"Həqiqətən sizin başçınız və işlərinizdə ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir." (Maidə-55) 
Peyğəmbərin (s) səbr və intizarının səbəbi
Daha sonra Peyğəmbər (s) səbr və intizar siyasətinin səbəbinə işarə vurur və nəyə görə indiyə kimi səbr edib Əli (ə) üçün ümumi beyət almaması barəsində belə buyurur; "Cəbrayıldan (ə) istədim ki,  Əlinin (ə) vilayətini elan etmək işini boynumdan götürsün. Çünki, mömünlərin sayının azlığından, münafiqlərin sayının çoxluğundan xəbərdaram. Həmçinin islamı məsxərə və istehza edən günahkarların sayı da az deyil."
Əlinin (ə) vilayətini ümumi və dünya səviyyəsində elan olunması.
"Ey müsəlmanlar ! Həqiqətən Allah-təala Əlini (ə) sizin rəhbər və İmamınız seçdi. Onun (ə) rəhbərliyini Ənsar və Mühacirlərə və onların ardıcıllarından olan mömünlərə, şəhərlərin və kəndlərin əhalisinə, burda olanlara və olmayanlara, ərəblərə və əcəmlərə, azad insanlara və qullara, qara və ağ dərililərə vacib etmişdir. Hər kəs onunla müxalifət etsə, lənətlənmiş və hər kəs onun ardıcılı olsa, Allahın mərhəmət və rəhmətinə qovuşacaqdır. Onu (ə) təsdiqləyən mömündür, Allah onu və ona itaət edənləri bağışlayar. Bilin ki, məndən sonra sizin İmamınız Əlidir (ə) və o, Allahın əmri ilə bu məqama təyin olunmuşdur. Ondan sonra imamət onun övladları ilə davam edəcək və qiyamət gününə kimi və Allahla görüşənə qədər davam edəcəkdir." 
Əlinin (ə) bu məqama ləyaqətinin olması və xüsusiyyətlərinin xatırlanması;
Allah tərəfindən Əli ibn Əbu Talibin (ə) imamət və vilayətini elan edəndən sonra fürsətdən istifadə edərək o az vaxtda o həzrətin ləyaqət və xüsusiyyətlərini bir bir xatırlatdı: "Bilin ki, heç bir elm yoxdur ki, Allah-təala onu mənə öyrətməsin və mən də o elmi mömünlərin rəhbəri olan Əliyə (ə) öyrətməyim. Bütün elmləri Əliyə (ə) tapşırdım o, mömünlərin imamıdır. Ey müsəlmanlar ! Əlidən (ə) ayrılmayın, ondan uzaqlaşmayın və onun rəhbərliyindən üz çevirməyin. Çünki, o, bütün insanları hidayət etməyə göndərilmişdir və o, haqqa əməl etməyə dəvət edəndir. O, batili aradan aparar və ona qatlaşmaz. O, Allah yolunda həqiqəti deməkdən qorxmur. Ey camaat! Əli (ə) o kəsdir ki, Allaha (c.c) və Peyğəmbərinə (s) ilk iman gətirən oldu. O şəxsdir ki, öz canını Peyğəmbərinin (s) canına fəda etdi. Həmişə Allahın Peyğəmbərinin (s) yanında idi və ondan başqa heç kəs tam olaraq özünü Peğəmbərinə (s) təslim etmədi." 
Dinin Əlinin (ə) vilayəti ilə kamilləşməsi.
Peyğəmbər (s) Əlinin (ə) vilayətini elan edib və onun dəyərini insanlara çatdırandan sonra daha mühum bir nöqtəyə işarə edir ki, ona Qurani Kərimdə də işarə olunub. Bu Əlinin (ə) vilayətinin sübütu ilə dinin kamilləşməsi idi. Yəni, islam dini məsum imamların vilayəti olmadan kamil sayılmır. Həmçinin islam cəmiyyəti məsum imamın rəhbərliyi olmadan inkişaf etməyəcək və əbədi olan səadətə çatmayacaqdır. "Həqiqətən əzəmətli və böyük Allah dininizi Əlinin (ə) vilayətinin elan olunması ilə kamilləşdirdi. Belə isə əgər bir şəxs Əlinin (ə) və övladlarının imamət və vilayətini qəbul etmədən əməllər etsə və onlardan üz döndərsə, qiyamət günü etdiyi bütün əməllər nabüd olaraq aradan gedəcək və həmişəlik olaraq cəhənnəm odunda yanacaqdır. Cəhənnəm əzablarının şiddəti azalmayacaq və onlara heç bir möhlət verilməyəcəkdir."
Əlinin (ə) düşmənlərinin iç üzlərinin ifşa olunması.
Peyğəmbər (s) Əli (ə) və övladlarının (ə) vilayətini və haqq olan imamda olan xüsusiyyətləri insanlara çatdırandan sonra islam və imamət düşmənlərinin iç üzləri ifşa olundu. Zahirdə özlərini müsəlman kimi qələmə verən və fürsət tələb insanların iç üzləri göründü. Əlinin (ə) və vilayət yolunun davamçıları onları tanıdılar və onlarla necə rəftar edəcəklərini bildilər.  "Agah olun! Həqiqətən Cəbrayıl (ə) Allah tərəfindən mənə xəbər gətirdi ki, hər kəs Əli (ə) ilə düşmənçilik etsə və Əlinin (ə) vilayətini qəbul etməsə Allahın lənəti ona olsun. Hər kəs dünyada etdiyi əməllərin qiyamətdə hesab kitabına hazır olsun. Ey camaat! Ehtiyatlı olun ki, Allahın əmri ilə müxalifət edənlərəndən olmayasınız. Çalışın keçmişdə etdiyiniz gözəl əməlləri zay etməyin. Həqiqətən Allah sizin əməllərinizdən xəbərdardır. Agah olun! Bədbəxt və xəyanətkarlardan başqa heç kəs Əli (ə) ilə müxalifət etməz. Mömünlərdən və təqvalılardan başqa heç kəs Əli (ə) ilə dostluq etməz. Xalis mömünlərdən başqa heç kəs ona iman gətirməz." 
Münafiqlərin fürsətdən istifadə etmək intizarında olmalarını xəbər vermək;
Daha sonra Peyğəmbər (s) fikir ayrılığına işarə edərək insanların cahiliyyət dövrünə qayıtmasına işarə vuraraq xəbərdarlıq edib dedi: "Məbada fürsəttələb münafiqlər sizi aldadıb hiylə işlədərək imaməti qəsb edib insanları çaşdırsınlar. Məndən sonra yalançı hakimlər qüdrəti ələ keçirib və camaatı cəhənnəm oduna tərəf aparacaqlar. Qiyamət günündə onlara kömək edəcək bir kəs olmayacaq. Ey camaat, həqiqətən böyük Allah və mən onlardan narazıyam. Ey camaat! Məndən sonra gələn qəsbkar hakimlər və onların ardıcılları cəhənnəmin ən aşağı mərtəbəsində olacaqlar və nə pis yerdir ora təkəbbürlu insanlar üçün!!"
Daha sonra buyurdu: "Agah olun! Əhli beytin (ə) vilayətini qəsb edənlərə və onlara kömək edənlərə Allahın sonsuz lənəti olsun." 
Qədir Xum hadisəsini insanlara çatdırmağın hamıya vəzifə olaraq bildirilməsi.
İslam Peyğəmbəri (s) Əlinin (ə) vilayətinin qiyamət gününə qədər davamlı qalması üçün Qədir Xum hadisəsinin insanlara çatdırılmasını bütün müsəlmanlara vəzifə olaraq Allah tərəfindən əmr olunmasını qeyd edərək buyurdu: "Qədir Xum hadisəsini insanlara çatdırmaq hər bir müsəlmanın vəzifəsidir. Mən Əlini (ə) özümdən sonra imam olaraq sizin aranızda qoyuram. O (ə) və övladları qiyamət gününə qədər mənim varislərimdirlər. Həqiqətən mən Allahın əmrini sizə çatdırmaq üçün əmr olunmuşam və o (ə) hər kəs üçün açıq-aşkar dəlildir və burda olan və olmayanlar üçün imamdır. İstər burda bizimlə olsunlar istər olmasınlar. Dünyaya gələnlər və gələcəkdə dünyaya gələnlərə də imamdır. Belə isə burda olanlara vacibdir ki, burda olmayanlara çatdırsınlar və bütün valideynlərə vacibdir ki, Qədir Xum hadisəsini qiyamət gününə qədər övladlarına çatdırsınlar."   
Dua və Allahdan istəyi.
Daha sonra əllərini aləmlərin rəbbi olan Allaha uzadaraq Əli (ə) ilə dostluq və müxalifət edənlərin aqibəti haqqında Allahla razü-niyaz etdi. Allahım, Əlinin (ə) dostlarını dost tut və düşmənləri ilə düşmən ol, Əlinin (ə) vilayətini inkar edənlərə sonsuz lənətini nazil et. Onun (ə) haqqını qəsb edənlərə qəzəbini şamil et. Allahım! Sən mənə bu əmri nazil etdin; Məndən sonra imamət məqamı Əliyə (ə) çatacaq və mən də onu insanlara çatdırdım. Sən əmr etdin ki, Əlini (ə) İslam ümmətinin imamı seçməklə bəndələrinin dinini kamilləşdirim və Sənin bəndələrinə olam nemətini tamamlayım. Sən kamil olan İslam dinini müsəlmanlar üçün seçdin və Öz müqəddəs kitabın olan Quranda bizə xatırlatdın ki, “Hər kəs İslam dinindən başqa bir din seçsə, ondan qəbul olunmayacaq və o ziyankarlardan hesab olunacaqdır." 
Ümumi beyətə əmr etməsi.
"Moizəmdən sonra sizi Əli (ə) ilə beyət etməyə dəvət edirəm. Onunla beyət edərək onun imam olmağına etiraf edin. Həmçinin ondan sonrakı imamlarla da beyət edin. Agah olun, həqiqətən mən Allahla beyət etmişəm və Əli (ə) isə mənimlə beyət etdi. Mən əzəmətli Allah tərəfindən sizi Əli (ə) ilə beyət etməyə çağırıram. Hər kəs əhdinə vəfa etməsə, öz ziyanına iş görmüşdür. Mən Allah tərəfindən Əli (ə) üçün beyət almağa əmr olunmuşam. Belə isə Allah tərəfindən gələn əmrə əməl edərək, Əlinin (ə) vilayətini qəbul edib, beyət edin. Onu mömünlərin əmiri bilin. Əlidən (ə) sonra gələcək mənim övladlarımın imamətini də qəbul edin. Onların axırıncısı və qiyam edəni Həzrət Məhdidir (ə.f). O həzrət qiyamət gününə qədər haqla qəzavət edəcəkdir.
 

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.