Ərbəin Ziyarəti

11:16 - 2018/10/21

-Ərbəin ziyarətinə aid bütün məlumatları aşağıdakı məqaləmizdə oxuya bilərsiz

بسم الله الرحمن الرحیم
Bismillahir rəhmanir rəhim

Hüseyn (ə)-in cazibəsi

Birinci fəsil: Səfərdən öncə 
َََA) Giriş 
B) Ziyarətin fəziləti
1. Əmirəl-mömininin(əleyhis-salam) ziyarəti
2. İmam Hüseynin (əleyhis-salam) ziyarəti  
3. Piyada ziyarətə getmək.
C) Yol çantası
1. Səfər üçün lazım olan məlumatlar
2. Səfərdə lazım olan əşyalar 

ِِD) Hökmlər vəQaydalar
Səfərin qayda qanunları
Səfərdən öncəki qayda və qanunlar  
Yaxınlara səfərə gedəcəyinlə bağlı xəbər vermək
Dua oxumaq
Kifayət qədər yol tədarükü görmək
4.Təharət qüsulu
5. Əqiq üzük taxmaq
6.İmam Hüseyn(ə)nin türbətini özü ilə götürmək 
7.Münasib zaman seçmək
8.Münasib səfər yoldaşı seçmək
9.Vidalaşma
10.Ailəni Allaha tapşırmaq
11.Din və imanın qorunmasına diqqət etmək
-Səfər zamanında qayda qanunlar
1.Mənəvi ruhiyə
2.Sədəqə vermək
3.Qədr surəsini oxumaq
4.Ayətül-kürsünü oxumaq
5.Zuxruf surəsinin 13 və 14 –cü ayələrini oxumaq 
6.Lazım olan əşyaları götürmək
7.Tək müsafirət etməmək
8.Digər müsafirlərə kömək etmək
9.Öz malını qorumaq
10.Özünü qorumaq 
11.Allahi yada salmaq
12.Yalnız ayrılmış yol ilə hərəkət etmək 
13.İstirahət etmək üçün münasib yer seçmək
14.Dostlar ilə əlaqə qurmaq
15.Qrup halinda edilən səfərlərdə aşağıdakı nöqtələrə riayət edilməlidir
Birinci:Başçı seçmək
İkinci: Bazarlıq işlərinə münasib şəxs seçmək
Üçüncü:İşləri bölmək
Dördüncü: Başqalarina xidmət etmək
Beşinci: Münaqişədən çəkinmək, yalnız nəhy əz münkər istisna olmaqla
Altıncı: İşlərdə məsləhətləşmək
Yeddinci: Böyüklərə itaət etmək
Səkkizinci: Səfər üçün ən yaxşı tədarük hazirlamaq
Doqquzuncu: Gözəl əxlaq
Onuncu: Səfər yoldaşlarının zəif nöqtələrinə göz yummaq

Səfərdən qayıtmanın qayda qanunları
1.Qayitmaq ücün tələsmək
2.Ailə üçün hədiyyə almaq
3.Xəbər vermək
4.Yuyunmaq və namaz
5.Qonaqliq vermək(ehsan vermək)

    Əhkam və qaydalar  
-    Ziyarətin qaydası
-    Səfərdə olan dualar
    Imam Hüseynin (əleyhis-salam) ziyarətinin qaydasi
    Ziyarət səfəri üçün əhkam
Məscidi nəcis etmək
Camaat namazı
Cənabətli səxsə haram olan şeylər:
Heyzin hökmləri
Müsafir namazi
Namazın qəsr və tamam olmasının ixtiyari olduğu hallar 
Məscidin təhiyyət namazı
Quran və möhürü məsciddən və hərəmdən kənara çıxartmaq
Məscid və hərəmin ehtiramını saxlamaq
Məscid və hərəmin paklanması
Cənabətli və heyzli şəxsin məscid və hərəmə daxil olması
Səfərdə qəza namazı 
Müsafirin camaat namazında iştirak etməsi
    Başqasının əvəzindən ziyarət etməyin hökmləri
    Əzadarliğın hökmləri
H)Mömünlər
-    Əgər biz birlikdə olsaq
-    İraq camaatının fəziləti
-    Şur və ya şüur

İkinci fəsil:Yolda
A)Yol xəritəsi
B)Ziyarətlər
C)Sənin üçün bir məktub(Rəhbərin avropa və amerika cavanlarına  ingilis.ərəb ,fransız və ispaniya dilində olan məktubu)

Birinci fəsil:Səfərdən öncə
A)Giriş
Ərbəinin tarixi 
Hicrətin 61ci ilinin ərbəini (aşura hadisəsinin və İmam Hüseyn (ə) şəhadətinin baş verən ilindən) idi ki qanın qılınclara  qələbəsinin təsiri aşkar oldu və Hüseyn aşiqlərini Kərbəla diyarına  yönəltdi, Hüseyn (ə)-ın qiyamının fəlsəfəsi əvvəlkindən dahada çox aşkar oldu, Əba Əbdillah Hüseyn(ə)i birinci ziyarət edən, Cabir ibni Əbdullah Ənsari (Allah Rəsulu salləllahu ələyhi və alihin səhabəsi ) idi ki ərbəin günü ücün Mədinə şəhərindən Kərbəlaya tərəf hərəkət etdi. İslam alimlərindən olan mərhum Təbərsi yazmısdır ki o, vaxt ki əsirlərin karvani, yəni Həzrəti Zeynəb (səlamullah ələyha) ve başqaları da ərbəində Kərbəlaya daxil oldular, yalnız Cabir ibni Abdullah Ənsari ilə Ətiyye Ofi  orda deyildilər. Bəni Haşimdən bir dəstə və bir dəstə də Əhli beytin dostlarindan Seyyidiş-şühədanın türbətinin ətrafına cəm olaraq Həzrəti Zeynəbi qarşılamağa gəlmişdilər.
Digər imamlarin zamanında da qaniçən və zalım Əməvi və Abbasilərin hökmranlığına baxmayaraq İmam Hüseyn ağanin hərəmini ziyarət etmək adəti olduğu kimi davam edirdi.
İmam Saqiq(ə) İmam Hüseyn(ə)i piyada ziyarət etməyin savabi barəsində belə buyurur:
"Hər kəs piyada İmam Hüseyn(ə)nin ziyarətinə getsə, Allah atdığı hər addımına görə ona bir savab yazıb və bir günahını bağışlayacaq və onun məqamını da bir dərəcə ucaldacaqdır." (Kamiluz ziyarət ,səh 134)
Bu gözəl adət nəsildən nəsilə indiyə kimi davam etmişdir, beləki bəzi tarixi sənədlərdə belə qeyd olunub ki, Kərbəlani piyada ziyarət etmək böyük təqlid mərcelərindən olan "Şeyx Ənsarinin" zamanında da adət imiş. Amma müəyyən müddət ərzində bu adət unudulur və sonra "Mirza Hüseyn Nuri" tərəfindən yenidən dirçəlir. Alimlər və Ariflər dəfələrlə Nəcəf-Kərbəla yolunu piyada getmişlər və bəzən də bu yolda İmam Zaman ağani ziyarət etmişdilər. Bundan sonra Əhli-beyt və İmam Hüseyn(ə)nin aşiqlərindən bir çoxu, alimlər və hətta müctehidlər də piyada Kərbəlaya səfər etməyə başladılar.
Dəfələrlə İmam Əli(ə)nin hərəmindən İmam Hüsey(ə)nin hərəminə piyada ziyarətə gələn şiə aləminin böyük mərcəi-təqlidi və böyük əxlaq ustadlarından olan "Mirza Cavad Ağa Məliki Təbrizi" özünün "Əl-muraqibət" kitabinda İmam Hüseyn(ə)nin ərbəin ziyarəti barəsində belə deyir:
"Təqva əhlinə vacibdir ki, Səfər ayının iyirmisini (ərbəin günü) özünə hüzn və matəm qərar versin, ən azı ömründə bir dəfə olsa belə səy eləsin ki o Həzrətin məzarını ziyarət etsin "
Kərbəla ziyarətinin yollari açıldıqdan sonra, hər ilin müxtəlif günlərində xüsusilə də ərbəin günündə zəvvarlar və aşiqlər Kərbəla yolunu piyada gedirlər, və bu yolda imam Hüseyn (ə)aşiqlərini və zəvvarlarını qarşılamaq üçün çoxlu xeymələr və çadırlar qururlar ki, bu çadırlar yol boyu gözəl səhnələr yaradır. Kərbəla yolunda müxtəlif qəbilələrdən olan insanlar çadir və xeymələr qurur və özlərinin bütün var dövlətləri ilə hətta bir çörək vermək və ya zəvvarların ayaqlarını yumaqla belə onlara xidmət edir və bu bu xidməti özlərinə iftixar hesab edirlər. 
Hüseyn(ə) cazibəsinin başlaması
İnqlabın böyük rəhbəri Ayətullah Xamneinin 1385/01/01(h/ş)  tarixindəki sözləri.
Hüsyn(ə) cazibəsi ərbəin günündən başlanır.
Cabir ibn Əbdullahı Mədinədən Kərbəlaya çəkib gətirir.
Bu həmin cazibədir ki, uzun illər keçdiyinə baxmayaraq bu gün də qəlbimizdədir. O kəslər ki,Əhli-beyt mərifəti qəlblərində var, Kərbəla eşqi həmişə ürəklərində diridir. Şəhidlərin sərvəri olan İmam Hüseyn(ə)ın türbətinə və hərəminə olan eşq elə o gündən başlanmışdır.

Ərbəin- Aşura hadisəsindən sonra zülmlə mübarizə cərəyanının başlanğıcı:
İnqlabın böyük rəhbəri Ayətullah Xamneyinin 1387/11/28 tarixindəki sözləri:
"Bəlkə də elə buna xatir idi ki, bu kiçik amma çoxmənalı toplaşmanın orda vücuda gəlməsi üçün Həzrət Zeynəbi Kubra(ə) o böyük siyasəti ilə israr edirdi ki, Şamdan qayidarkən Kərbəlaya gedək. İndi bəziləri ərbəinə kimi Kərbəlaya çatmağın mümkün ola bilməyəcəyini deyirlər. Mərhum Şəhid Ayətullah Qazinin bu barədə uzun bir yazısı var ki orda bu hadisənin baş verməsinin mümkünlüyünü isbat edir. Hər halda o şey ki, böyüklərin və keçmiş alimlərin sözlərində qeyd olunub, bundan ibarətdir ki, Həzrət Zeynəbi Kubra(ə) və Əhli-beytdən olan bir qism insan Kərbəlaya daxil olan zaman, Ətiyei Ofi və Cənab Cabir ibn Əbdullah və Bəni Haşimdən olan bəzi şəxslər orada idilər. Bu yalnız şəhadətlər vasitəsi ilə vücuda gələ biləcək o hədəfin nümunə və nişanələrindəndir; insanlara cürət vermək və bu fikrin geniş yayılması.Təvvabin hadisəsi burdan vücuda gəldi. Baxmayaraq ki "təvvabin" hərəkatı məğlub oldu; amma kiçik fasilədən sonra Muxtarın və digər Kufə cəngavərlərinin qiyamı başladı və bu Bəni Üməyyənin zalim və xəbis hakimiyyətinin aradan getməyinə səbəb oldu. Əlbəttdə onlardan sonra Mərvanilər sülaləsi hakimiyyətə gəldi. Amma mübarizə davam etdi və yollar açıldı. Bu ərbəinin xüsusiyyətidir, yəni ərbəində zülmün ifşası da var, əməl də var və bu ifşanın hədəflərinin icadı da."

B)Ziyarətin fəziləti

    Əmirəl möminin (əleyhis salam)ın ziyarəti

1-Şeyx Tusi “Əmali” kitabında İmam Sadiq (ə)-dan nəql edir ki, Hər kəs Əmirəl möminin(ə)-i “Arifən bi həqqih”(yəni onu haqqını tanıyaraq) və təkəbbürlük etmədən ziyarət etsə, Allah təala onun üçün şəhidlərin səvabını yazar, günahlarını bağışlayar, əmin amanlıq icində qiyamətə daxil olar, onun hesab kitabı asan olar və mələklər onu qarşılamağa gedərlər elə ki ziyarətdən qayıtdı mələklər onu öz evinə qədər müşayət edərlər; əgər xəstələnsə onun görüşünə gedər, əgər vəfat etsə onun dəfninə gələr və onun üçün istiğfar edərlər. 

2- “Kamiluz ziyarət” Əbi Vəhəb Bəsridən nəql edərək buyurur: Mədinəyə daxil oldum və İmam Sadiq (ə)in xidmətinə yetişdim və ərz etdim: "Fəda olum sənə, Əmirəl Möminin(ə)i ziyarət etmədən sizin xidmətinizə gəldim" İmam (ə) buyurdu: "Yaxşi iş etməmisən.Əgər bizim şiələrdən olmasaydın sənə tərəf baxmazdım buna görə ki, elə bir şəxsi ziyarət etməmisən ki, mələklər və peyğəmbərlər və möminlər onun ziyarətinə gedirlər. 

3- Bir dəfə İmam Həsən(ə) Peyğəmbər(s)dən soruşdu ki, sənin zəvvarının savabı nədir? Peyğəmbər (s.a) onun cavabında buyurdu: Oğlum, hər kəs mənim diriliyimdə və ya vəfatımdan sonra, məni ya atanı ziyarət edərsə mənə vacibdir ki, qiyamət günü onu ziyarət edim .

4-Xələf ibni Həmmad İmam Sadiq(ə)dən nəql edib buyurur: "Kufənin kənarında(Nəcəfdə) bir qəbir vardır ki, hər  bir dərdi olan ora pənah aparsa şəfa tapar. 

5-“İbni Marid”dən rəvayət olmuşdur ki, İmam Sadiq(ə)dən soruşdu: "Hər kəs cəddin Əmirəlmöminin(ə)i ziyarət etsə nə qədər savabı var?" İmam(ə) buyurdu: Ey  İbni Marid, hər kəs cəddimi (ə)ziyarət etsə və onun haqqını tanısa, Allah təala onun atdığı hər atdıma görə bir qəbul ounmuş həccin və bir ümrənin savabını  onun üçün yazar. And olsun ey İbni Marid, AllahTəala Əmirəl Möminin(ə) ziyarətində piyada yaxud minikdə torpağa bulaşan ayağa cəhənnəm atəşini dadızdırmayacaq. Ey İbni Marid, bu hədisi qızıl suyu ilə yaz!."   

    İmam Hüseyn(ə)in ziyarəti

1-İmam Sadiq (ə)-dan  belə rəvayət olub ki, Həzrət buyurub: "Hər kəs qiyamət günü nurdan olan süfrəyə oturmaq istəyirsə Hüseyn ibni Əli(ə)in zəvvarlarından olsun.

2-İmam Sadiq (ə) buyurub: "Əgər Allah hər kəsə xeyir əta etmək istəsə onun qəlbində İmam Hüseyn (ə) məhəbbətini və o Həzrətin ziyarətinin məhəbbətini qərar verər ve hər kəs ki, Allah onun üçün şər və pislik istəsə, onun qəlbində İmam Hüseyn(ə)ə və onun ziyarətinə qarşı nifrət yerləşdirər.

3 Əbdullah Təhhan deyir: "İmam Sadiq(ə)dən dəfələrlə eşitmişəm ki buyurardı: "Qiyamət günü heç kəs tapılmaz ki, İmam Hüseyn (ə)-ın zəvvarlarından olmaq arzusu etməsin və bu Allahın İmam Hüseyn(ə)in zəvvarları ilə kəramətli davrandığını gördüklərinə xatirdir"

4. İmam Sadiq(ə) öz dostlarından biri olan Əban ibni Təğləb ilə görüşündə ondan soruşur: "Ey Əban, nə vaxt İmam Hüseyn(ə)ın ziyarətinə getmisən? Əban: "Uzun müdətdir ki, İmam(ə)ın ziyarətinə getməmişəm. İmam (ə) buyurdu: "Sən şiənin böyüklərindənsən lakin İmam Hüseyn (ə)ı tərk emisən və ziyarətinə getmirsən?! 

5. İmam Sadiq(ə) buyurub: "Hər kəs özünü bizim şiələrdən hesab etdiyi halda İmam Hüseyn(ə)ın ziyarətinə getməmiş ölsə o, hec vaxt bizim şiələrdən deyil və əgər behiştlik olsa belə, behişt əhlinin  qonağı olar."

6. İmam Sadiq(ə) başqa bir yerdə buyurub: "Hər kəs qudrəti olduğu halda İmam Hüseyn(ə)i ziyarət etməyə, islam peyğəmbərinə və onun əhli beytinə qarşı ağ olmuşdur."

7. "Hər kəs ölüm vaxtına kimi İmam Hüseyn(ə)ın ziyarətinə getməsə, onun dinində və imanında nöqsan vardır."

8. İmam Baqir (ə) buyurub: "Əgər insanlar bilsəydilər ki, İmam Hüseyn(ə)in məzarının ziyarətinin hansi savabları var, ziyarət eşqindən ölərdilər."

9. İmam Rza (ə) buyurub: "Hər kəs İmam Hüseyn(ə)i furat çayının kənarında ziyarət etsə, Allah Təalanı ərşi ə`lada ziyarət etmiş şəxs kimidir."

10. İmam Baqir(ə) buyurub: "Bizim şiələrimizi İmam Hüseyn(ə)ın ziyarətinə əmr edin ona görə ki, onun ziyarəti ruzini çoxaldır və ömrü uzadır və bəlalardan və pisliklərdən uzaq tutur. Hər bir mömin şəxs ki, İmam Hüseyn (ə)ın imamətinin Allah tərəfindən olduğunu etiraf edərsə, İmam Hüseyn (ə)in ziyarəti ona vacibdir.

11. İmam Musa ibni Cəfər (ə) buyurub: "Əba Əbdillah(ə)ın İmam (ə) haqqını və vilayətini tanıyan zəvvarına verilən ən az savab budur ki, əməl dəftərinə yazılan günahları və sonrakı günahları(keçmiş və gələcək günahları)  bağışlanar.

12. Mənsur ibni Hazim nəql edir ki, İmam Sadiq(ə)dən eşitdim ki, buyurdu: "Allah təala ömründən bir il  keçən və İmam Hüseyn (ə)ın ziyarətinə getməyən şəxsin ömründən bir il azaldar  və əgər desəm ki, sizlər öz əcəlinizdən otuz il qabaq öləcəcsiniz düz demişəm çünki, İmam Hüseyn(ə)ın ziyarətini tərk etmisiniz. Elə isə o Həzrəti ziyarət etməyi unutmayın ki, Allah təala sizin ömrünüzü uzatsın və ruzinizidə çoxaltsın."

Ziyarətə piyadə getmək
      
İmam Sadiq(ə) İmam Hüsyn(ə)i piyadə ziyarət etməyin savabı haqqında belə buyurur: "Hər kəs İmam Hüseyn(ə)i ziyarət etmək məqsədi ilə evindən çıxsa və piyada olsa Allah təala Əba Əbdullahın ziyarətinə xatir o şəxsin atdığı hər qədəminə bir savab yazib bir günahını da bağışlayacaqdır. Elə ki, hərəmə çatdı  Allah onun adını seçilmiş salehlərin sırasına yazar və ziyarət əməllərini bitirdiyi zaman Allah onun adını "faizlərin"(feyzə çatanların) sırasına yazar və hər vaxt ziyarətdən qayıtmaq istəsə  Allahın mələklərindən biri onun müqabilində dayanıb deyər: "Allahın rəsulu sizə salam deyir və sizə müjdə verir ki, əməllərinizi əvvəldən başlıyın, çünki sizin keçmiş bütün günahlarınız bağışlandı." (Kamiluz ziyarat,səh 132.) 
Müaviyə bin vəhəb deyir: "İmam Sadiq(ə)lə görüşmək üçün o Həzrətin evinə daxil oldum. Gördüm o həzrət namaz qılır. Mən də oturdum ki namazı bitsin. Sonra gördüm ki, o Həzrət Allah təala ilə belə münacat edir:
"Ey bizi kəramətli edib Peyğəmbərin canişini qərar verən və bizə şəfaət etmək vədəsi verən və keçmiş və gələcəkdə olub bitən elmləri bizə əta edən Allah!." Ey insanların qəlblərini bizə tərəf yönəldən Allah, məni və qardaşlarımı və Əba Əbdullah(ə)ın zəvvarlarını bağışla! O kəslər ki öz var dövlətlərini İmam Hüseyn(ə) yolunda (bağışladılar) infaq etdilər və Əba Əbdullah(ə)ın qəbrinin ziyarətinə yola düşdülər, bu məqsədlə ki;
1.Biz Əhli-beyt(ə)ə yaxşlıq etsinlər;
2.Biz Əhli-beyt(ə)ə bağlı olduqlarına görə sənin onlara verdiyin əcr və savaba ümüdvardılar;
3.Özlərinin bu ziyarəti ilə Allah rəsulunun qəlbini şad və xürrəm edirlər;
4.Əba Əbdullah(ə)ın zəvvarları bu işi bizim əmrimizə uymaq məqsədi ilə yerinə yetirirlər;
5.Bu ziyarəti bizim düşmənlərimizin qəlbində narahatçılıq yaratmaq məsədi ilə yerinə yetirirlər;
6.Onlar bu ziyarət vasitəsi ilə sənin rizayətini istəyirlər"
Həzrət duanın bu hissəsindən sonra Əba Əbdullah(ə)ın zəvvarları üçün xüsusi şəkildə dua edir və Allahdan belə istiyir:
"Allahım! bizim tərəfimizdən öz razılığını qədərincə onlara əta et! Allahım, gecə və gündüz onları hifz et. Allahım, onlar İmam Hüseyn(ə) ın qəbrini ziyarətə getdiklərində ailələri içərisində özün onların canişini ol və onların yerini boş qoyma! Allahım, özün səfər boyu onların yoldaşı və həmrahı ol və onları düşmənin və zalımların şərrindən qoru və onlara zərər verən hər güclü və zəifin, şeytanların, insin və cinnin şərrindən hifz elə!
Allahım, vətəndən uzaq olmağın və bizi övladlarından, ailələrindən və yaxınlarından üstün tutmağın müqabilində səndən dilədikləri savabı ali dərəcədə onlara əta et!
Allahım, bizim düşmənlərimiz bu səfərə görə onlara rişxənd etdilər, amma onlar bu rişxəndlərə baxmayaraq düşmənlərin istəklərinin əksinə olaraq bizə tərəf gəlməkdən çəkinmədilər. Elə isə Allahım, günəşin istisinin yandırdığı simalara və İmam Hüseyn(ə)in qəbrinə yapışan üzlərə rəhm elə!
Allahım, bizi sevdikləri üçün gözlərindən yaş axan gözlərə rəhm et və bizə xatir alovlanan və təlatümlü qəlblərə rəhm et və bizə xatir olunan nalələrə və çəkilən fəryadlara rəhm et!
Allahım! Mən bu canları və bədənləri sənə tapşırıram ki, qiyamət günü onları Kövsər hovuzunun suyu ilə sirab edəsən.
(Kafi,4-cü cild,səh 582 və Şeyx Səduq,Savabuləmal,səh 95) 
Ravi deyir: "İmam Sadiq (ə) səcdə halında həmişə bu duaları oxuyurdu. Dualar bitdikdən sonra ravi o Həzrətin Kərbəla zəvvarlarına bu qədər əhəmiyyət verdiyinə təəccübləndiyini bildirdi və Həzrət ona belə buyurdu: "O kəslər ki, göydə Əba Əbdullahın qəbrinin zəvvarlarına  dua edirlər, yerdə dua edənlərdən daha çoxdurlar". 

C) Yol çantası

    Səfərdə lazım olan məlumatlar

-Nəcəfdən  Kərbəlaya qədər olan  məsafə: 80 km
-Sütunların sayı: 1452 sütun
-Hər sütunun arasındakı fasilə: 50 metr
-Bütün yolu getmək üçün lazım olan vaxt: 20 ya 25 saat(hər gün 7 ya 8 saata)
-Piyada səfərin təqribi müddəti: 2 ya 3 gün
-Səfəri başlamaq üşün ən yaxşı vaxt: Səfər ayının 16-sı
-Səfərin bitəcəyi təqribi tarix: səfər ayının 18-i
-Yolun istiqaməti camaatın çoxluğu nəticəsində bütünlüklə müəyyəndir təkcə digər zəvvarların ardınca hərəkət etmək lazımdır.
-İraqın pul vahidi : Adətən bu üç gün ərzində bütün xidmətlərin pulsuz olduğu üçün heç bir pula ehtiyac yoxdur, amma az bir miqdarda pulun olmasının ziyanı yoxdur. Daha yaxşıdır ki, İraqın öz pulundan istifadə edilsin (iraq dinarı).
-Həkim təchizatı və dərmanların paylanması və yardım dayanacaqları
Yol boyunca xəstələrə kömək etmək üçün tibbi dayanacaqlar qurulub ki, hər kəs üçün bir müşkül yaranarsa, bu dayanacaqlara müraciət etməklə həkimlərin xidmətlərindən istifadə edə bilsinlər. Yol boyunca  zəvvarlara xidmət etmək üçün  İranın Qızıl Aypara cəmiyyətinin də dayanacaqları vardır. Təklif olunur ki, əvvəla yatmaq üçün şam namazından bir az qabaq, yol boyunca qurulan xeymələrin arasında öz yatmaq yerini seçin, ikinci  çalışın gecənin soyuqluğunu nəzərə alın və çadırlarda yatmaq əvəzinə tikililərdə qalın. Gecə saat  9-dan sonra isti və münasib yerin tapılması ehtimalı çox azdır.

Səfər təcrübəsi

- Piyadə gedilən yol Nəcəf şəhərinin çıxışından Həzrət Əbəlfəz(ə)in mübarək hərəminə kimi, 1 dən 1452 yə kimi işıq sütunları ilə nişanlanmışdır. Bu sütunlar arsındakı məsafə 50 metrdir ki, piyadə gedən zəvvarlar üçün ən yaxşı nişanədir.
- Yolu boyunca zəvvarlara xidmət üçün çoxlu çadırlar və xeymələr qurulub ki, bunlar gözəl səhnələrin yaranmasına səbəb olur. Bu yolda əksər qəbilələrdən olan insanlar çadır və xeymələr qurur və özlərinin bütün var dövlətləri ilə bəzən də bir çörək vermək və ya zəvvarların ayaqların yumaqla belə onlara xidmət edir və bu xidməti özlərinə böyük iftixar hesab edirlər. 
- Daha yaxşı olar ki bu səfərdə, böyük çiyin çantası götürülsün ki, bu çanta iki hissədən ibarət olsun. Çantanın bir hissəsinə Nəcəf, Kərbəla və Kazimeyn üçün bir həftəlik yük yığılsın və çantanın o biri hissəsinə isə üç gün piyada getmək üçün lazım olan əşyalar yığılsın.Ümumi əşyalardan bütün səfər boyu onlardan istifadə edəcəyiniz libas, isti geyimlər və adi şəxsi əşyalarınız olmalıdır ki, bunlar sizin başqa səfərlərinizlə çox da fərqlənmir. 
- Çalışın özünüzlə yüngül əşyalar götürün.Yemək ya su götürməyə ehtiyac yoxdur, çünki yol boyu yetərincə yemək və su var. Yalnız az miqdarda püstə, badam, quru əncir, quru ərik və bu kimi şeylər çantanızda olsun.
- İki üç günlük piyada yol getmək üçün az miqdarda mühüm dərmanlardan baş ağrı dərmanı, əzələlərin ağrısını götürmək üçün krem, ehtiyac olan zaman ayağı bağlamaq üçün bint götürün. 
- Əl çantasının və alış-veriş çantasının yerinə yüngül çiyin çantasından istifadə edin.
- Soyuqdəymədən qorunmaq üçün münasib geyim götürmək; corab, əlcək,papağ, kurtka və s. Lakin təcrübəyə əsasən demək olar ki, gün boyu hava isti və gecələr soyuq olur.
-İsti geyimlərinizi seçəndə diqqət edin ki, düyməli və ya zamoklu olsun ki, yol boyunca rahat əvəzləyə biləsiniz.
-Gündən qorunmaq və ayaqların yara olmasının qarçısını almaq üçün münasib krem və maz özünüzlə götürün təbii ki əgər belə problemlə qarşılaşırsınızsa.
-Özünüzlə bir ədəd yataq kisəsi götürməyiniz də pis olmazdı buna görə ki, istirahət yeriniz soyuq olanda, soyuqdan və torpaqdan qorunmuş olasınız.
-Özünüzlə Quran, dua və ziyarət kitabçaları və xoşladığınız mərsiya və nohələri götürə bilərsiniz.
-Təzə və ipli ayaqqabılar geyinməyin, yaxşı olar ki, rahat və geniş ayaqqabı geyinəsiniz. Bu çox mühüm bir məsələdir çünki yol boyunca xeymələrdə istirahət etmək üçün ayaqqabılarınızı çıxartmağa məcbursunuz.
-Əvvəlcədən ayaqlarınızın hər hansı bir yerinin yara və yaxud suluq bağladığını ehtimal edirsinizsə (məsələn ayağın arxası, barmaqlar və ayaqın altı)yara binti ilə bağlayın ki, o yerlərin yara və yaxud suluq bağlamağının qarşısını alsın.
-Pasport və telfon adaptırını mütləq özünüzlə götürün..
-Yol boyunca öz yoldaşlarınızı itirmək ehtimalı vardır. Bəzi yerlərdə telefon xətləri  məşğul olduğundan şəbəkə olmur buna görə də yolun əvvəlindən sütunların nömrəsini seçin  ki, əgər yoldaşlarınızı itirirsəniz o sütuna çatanda dayanın. Amma gərək diqqət edəsiniz ki, cüt nömrələrdə izdiham daha çox olur.
-Əgər bütün bu tədbirlərə baxmayaraq yenə öz yoldaşınızı itirsəniz, yaxşı olar axrıncı qərar yerinizi İmam hüseyn (ə)ın hərəmin yanında olan "İranın müqəddəs ziyarətgahlarla bağlı komitəsi"nin yanına qoyun ki, bu ünvanı hərəmin ətrafında olan bütün ticarətçilər tanıyırlar.
-Yolu nəyin bahasına olursa olsun sona çatdırmaq məcburiyyətində deyilsiniz . Hər yerdə hiss etdiniz ki, daha yolu davam etdirməyə  qüdrətiniz yoxdur, Kərbəlaya çatmaq üçün yolun kənarında olan maşın və minubuslardan istifadə  edə bilərsiniz.
-Təqribən 10 yaşdan yuxarı olan bütün şəxslər heç bir problem olmadan yolu üçüncü gün sona çatdırırlar.
-Kərbəlada  qalacağınız hotel və yaxud hüseyniyyələrin ünvanını dəqiqləşdirin.
-Əgər telefonla əlaqə saxlamaq istəyirsizsə, yaxşı olar bu işi gün çıxmamışdan qabaq  edəsiniz, çünkü gün boyu xəttlər məşğul olduğundan problemlə üzləşə bilərsiniz.
-Yaxı olar ki özünüzlə yüngül çətr götürəsiniz çünkü İraqda leysan yağışlar yağır.
-Yol getməyə gün çıxanda başlayın gün batanda da dayanın.
-Birinci gecəni xeymələrdən birində təqribən 500-ci sütunda və ikinci gecə 1000-ci sutunda keçirin.
-Uzun müddət yol getməyin. Lazım olanda istirahət edin.
-Bəzi xeymələrdə zəvvarlara xidmət etmək və onların ehtiyaclarını ödəmək üçün dərzi vardır ki, öz sap, iynə və paltar tikən maşınını hazırlıyıbdır ki, sizin paltar və çantalarinizda olan problemləri həll etsin. Bəzi xeymələrdə isə ayaqqabı tikən.
-Nəcəf Kərbəla arasında çox yaxşı əmin amanlıq var və ötən illərdə bu yolda partlayışlar baş verməyib. Baxmayaraq ki, Bağdad-Kərbəla yolunda təhlükəli hallar baş veribdir. Lakin Nəcəfdən Kərbəlaya gedilən yol ən üstün əmin amanlığa malik olan bir yoldur, təqribən demək olar ki Nəcəf şəhərinin əmin amanlığı həmçinin onun Kərbəlaya qədər olan yolu və Kərbəla şəhəri və xüsusilə də hərəmin ətrafında olan yerlərdən tam əmin ola bilərsiniz.   
-İraqlıların sizlərə xidmət etmək üçün əvvəlcədən hazırlıq gördükləri kimi sizlər də onlara daha çox təsir qoymaq, eşq və məhəbbətlərini çoxaltmaq  üçün çalışın və orada öz ölkənizin nümayəndələri olduğunuzu unutmayın.
-Siz öz əməllərinizlə xuşu və təvazökarlığı, birliyi və vəhdəti göstərməlisiz. Dil bilmədiyiniz üçün iraqlılarla əlaqə qura bilməsəniz də sizin ədəbli, ehtiramlı, təmizliyə riayət etməyiniz, dua və zikr əhli olmağınızın özü böyük bir təbliğdir.
-Söhbət əhli olmayanlarsa əməlləri ilə; zəvvarlara yer verməklə, onlarla mehriban davranmaqla çətinliklərin müqabilində səbr etsinlər. Mümkündür biri sizə tənə vursun və ya sizinlə pis davransın, lakin siz gülərüzlə onlarla davranın.
-Camaat namazlarında iştirak edin və namaz vaxtı başqa bir işlə məşğul olmayın.
İmam Hüseyn(ə)in ziyarətinin ləzzəti yol yorğunluğu ilə ikiqat olur və bu ayaqla qəlbin rabitəsidir. Yol boyunca ayaqlarımız yorulduğu ya hətta kiçik yaralar aldığı zaman Kərbəladan Şama gedən əsirləri gözümüzün qarşısına gətirmək kifayətdir. Ətrafına nəzər salıb izzətlə yol getdiyini və sənə olan ehtiram və xidməti gördükdə mütləq öz özlüyündə deyəcəksən ki, bu hara və o hara? Bu yerdə yeri var ki insan dilə gəlib "La yəvmə kəyəvmikə Ya Əba Əbdillah (heç bir gün sənin günün kimi deyil Ya Əba Əbdullah)" desin.
 
Əhkam və qaydalar.
Səfərin qaydaları
Səfərdən öncəki qayda qanunlar
1.Yaxınlara səfərə gedəcəyinlə bağlı xəbər vermək
Allahın rəsulu(s. ə. a. s.) buyurur: yaxşı olar ki, müsəlmanlar səfər etmək istədiklərində öz mömün qardaşlarına xəbər versinlər. 

2.Dua oxumaq
Hər vaxt İmam Muhəmməd Baqir(ə) səfər etmək istəsəydi bütün ailəni öz otağına yığıb bu duanı oxuyardı: 
اَللّهُمَ اِنی اَستَودَعُکَ الفِداة نَفسی وَ مالی وَ اَهلی وَ وَلَدی الشاهِدَ مِنّا وَ الغائِب. اللّهُمَ اَحفِظنا وَ اَحفِظ عَلَینا. اللّهُمَ اجعَلنا فی جَوارِکَ. اَللّهُمَ لا تَسلِبنا نِعمَتِک وَ لا تَغییرَ ما بِنا مِن عافیَتِک وَ فَضلِک. 
"Əllahummə inni əstəvdiukəl ğədatə nəfsi və mali və əhli və vələdiş şahidə minna vəl ğaibə. Əllahumməhfizna vəhfiz əleyna. Əllahumməcəlna fi civarikə.Əllahummə la təslubna nimətəkə və la tuğəyyir ma bina min afiyətikə və fəzlikə." 
Bu barədə Həzrəti Rəsuldan(s.ə) da belə bir rəvayət olunur: "İnsanın səfərdən qabaq ailəsi üçün qoyduğu ən gözəl irs budur ki, evdən çıxan zaman iki rükət namaz qılıb bu duanı oxusun:.
اللَّهُمَّ إِنِّي أَسْتَوْدِعُكَ‏ نَفْسِي وَ أَهْلِي وَ مَالِي وَ ذُرِّيَّتِي وَ دُنْيَايَ وَ آخِرَتِي وَ أَمَانَتِي وَ خَاتِمَةَ عَمَلِي‏
"Allahummə inni əstəvdiukə nəfsi və əhli və mali və zuriyyəti və dunyayə və axirəti və əmanəti və xatimətə əməli"
İmam Sadiq(ə) hər vaxt səfərə çıxmaq istəsəydi belə deyərdi:
«اللّهُمَّ خَلِّ سَبِیلَنا وَاَحْسِنْ تَسْییرَنا وَاَعْظِمْ عافِیَتَنا
İlahi yolları üzümüzə aç və səfərin bizə gözəl qərar ver və bizə salamatçılıq əta et! 
İmam Rza(ə) buyurur: "Hər vaxt səfərə ya başqa bir işə görə evdən çıxsan de:
«بِسْمِ اللّهِ آمَنْتُ بِاللّهِ وَتَوَکَّلْتُ عَلَی اللّهِ ما شاءَ اللّهُ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللّهِ؛
Allahın adı ilə. İman gətirdim Allaha. Allaha təvəkkül etdim. Allah hər şeyi istəsə o da olar. Allahdan başqa qüdrət və qüvvət yoxdur."
Kifayət qədər yol tədarükü görmək.
Həzrət Rəsul(s) bu barədə belə buyurur."Yaxşı azuqə götürmək insanın şərafətli olmasındandır." Həmçinin başqa bir yerdə belə buyurur: "Səfərə getdiyinizdə özünüzlə süfrə götürün və ona dadlı yeməklər qoyun".
İmam Sadiq(ə) buyurub: "Səfərə çıxdınız da özünüzlə süfrə götürün və ona yaxşı şeylər qoyun." 

Təharət qüsulu
اَللّهُمَ طَهِّر قَلبی و اشرِح لی صَدری وَ أجرِ عَلی لِسانی مَدحَتِک و اَلثّناءِ عَلَیکَ. اَللّهُمَ اجعَلهُ لی طَهوراً وَ شِفاء وَ نوراً اِنَّکَ عَلی کُلِ شَیءِ قَدیر. اَللّهُمَ اجعَله لی نورا وَ طَهُوَرا وَ حِرزَاً وَ کافِیاً مِن کُلِ داء وَ سِقمِ وَ مِن کُلِ آفَهٍ وَ عاهَهٍ وَ طَهَّر بِهِ قَلبی وَ جَوارِحی وَ عِظامی وَ لَحمی وَ دَمّی وَ شِعری وَ بَشَری وَ مَخّی وَ عَصَبی وَ ما اَقَلتَ الاَرضِ مِنی وَ اجعَلَهُ لی شاهِداً یَومَ القیامَه یَومَ حاجَتی وَ فَقری وَ فاقَتی. 

5.Əqiq qaşlı üzük taxmaq
6.İmam Hüseyn(Ə)-in türbətini götürmək
İnsan qorxu və təhlükədən amanda qalmaq istədiyi zaman, İmam Hüseyn(ə)-in türbətindən olan təsbehi götürsün və üç dəfə bu duanı oxusun:
أَصْبَحْتُ [أَمْسَیْتُ ] اللَّهُمَّ مُعْتَصِما بِذِمَامِکَ وَ جِوَارِکَ الْ مَنِیعِ الَّذِی لا یُطَاوَلُ وَ لا یُحَاوَلُ مِنْ شَرِّ کُلِّ غَاشِمٍ وَ طَارِقٍ مِنْ سَائِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ مِنْ خَلْقِکَ الصَّامِتِ وَ النَّاطِقِ [فِی جُنَّةٍ] مِنْ کُلِّ مَخُوفٍ بِلِبَاسٍ سَابِغَةٍ حَصِینَةٍ وَ هِیَ وِلاءُ أَهْلِ بَیْتِ نَبِیِّکَ عَلَیْهِمُ السَّلامُ [مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَیْهِ وَ آلِهِ ] مُحْتَجِزا [مُحْتَجِبا] مِنْ کُلِّ قَاصِدٍ لِی إِلَى أَذِیَّةٍ بِجِدَارٍ حَصِینٍ الْإِخْلاصِ فِی الاعْتِرَافِ بِحَقِّهِمْ وَ التَّمَسُّکِ بِحَبْلِهِمْ جَمِیعا مُوقِنا أَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ وَ مِنْهُمْ وَ فِیهِمْ وَ بِهِمْ أُوَالِی مَنْ وَالَوْا وَ أُعَادِی مَنْ عَادَوْا وَ أُجَانِبُ مَنْ جَانَبُوا فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَعِذْنِی اللَّهُمَّ بِهِمْ مِنْ شَرِّ کُلِّ مَا أَتَّقِیهِ یَا عَظِیمُ حَجَزْتُ الْأَعَادِیَ عَنِّی بِبَدِیعِ السَّمَاوَاتِ وَ الْأَرْضِ إِنَّا جَعَلْنَا مِنْ بَیْنِ أَیْدِیهِمْ سَدّا وَ مِنْ خَلْفِهِمْ سَدّا فَأَغْشَیْنَاهُمْ فَهُمْ لا یُبْصِرُونَ.
Sonra təsbihi cibinə qoysun. Əgər sübhdən axşama kimi və ya əgər axşamdan sübhə kimi  bu əməli yerinə yetirsən əmin amanlıqda olarsan
7.Münasib zaman seçmək
İmam Baqir(ə) buyurur:
کانَ رَسُولُ اللّهِ صلی الله علیه و آله یُسافِرُ یَوْمَ الخَمِیسِ
"Allahın Rəsulu(s) adətən cümə axşamı günü səfərə çıxardı."
Həmçinin o həzrət belə buyurur: "Cümə axşamı elə bir gündür ki, Allah, Onun mələkləri və Onun Rəsulu həmin günü çox sevirlər."
O Həzrət çox təkidlə öz ardıcıllarını cümə günü səfərə çıxmaqdan çəkindirirdi və buyururdu: "Hər kəs cümə günü yaşadığı yerdən(və evindən) səfərə çıxsa mələklər onunla yoldaşlıq etməz, hacətini yerinə yetirməz və onu öz öhdəsinə buraxar."
Məsum İmamlar(ə)ın rəvayətlərinə əsasən səfərdəki ziyan və zərərin qarşısını almaq üçün çoxlu sədəqə vermək təkid olunub. İmam Sadiq(ə) buyurub: "Səfərə çıxmaq istədiyin gün sədəqə ver"

8.Münasib səfər yoldaşı seçmək
Həzrət Əli(ə) İmam Həsən(ə)ə vəsiyyətində belə buyurur: "Səfərdən qabaq dost və səfər yoldaşını seç."
İmam Baqir(ə) buyurur: "Səfərə çıxdığında öz həmtayınla yol yoldaşı ol və sənin yol xərcini öz üzərinə götürən biri ilə yoldaşlıq etmə ki, bu iş mömünlərin zillətinə səbəb olar."
Bir şəxs İmam Sadiq(ə)in xidmətinə gələrək dedi: "Sizin mənim vəziyyətimdən və momün qardaşlarıma qarşı ürəyimin və əlimin açıqlığından xəbərdarsız. Məkkə səfərinə gedəndə onlardan bir neçəsini özümlə aparıram və onlar üçün çoxlu pul xərc edirəm. İmam(ə) buyurdu: "Ey Şəhab! belə iş görmə.Əgər sən çox xərcləsən və onlar da(məcburiyyətdən) çox xərcləsələr, onlara haqsızlıq etmiş olarsan, və əgər (sən xərcləsən və) onlar xərcləməsələr bu onların zillətinə səbəb olar. O zaman özünə uyğun adamlarla səfərə çıx."
 
9.Vidalaşma
Səfərdən öncəki ki adətlərdən biri də vidalaşmaqdır. İnsan gərək səfərdən qabaq ailəsi ilə vidalaşsın və qapı ağzında dayanıb Həzrət  Zəhranın zikrin desin və "həmd" və "ayətul Kursi"dən hər hansı birini üç tərəfə yəni sağ, sol və önünə oxusun və sonra desin:
«اَللّهُمَ اَحفِظنی وَ اَحفِظ ما مَعی وَ سَلِمنی وَ سَلِّم ما مَعی وَ بَلُّغنی وَ بَلِّغ ما مَعی بِبَلاغِکَ الحُسنُ الجَمیل.»
Allahın Rəsul(s)-u buyurur: "Hər vaxt bir şəxs səfərə getmək istəsə öz mömün qardaşları ilə vidalaşsın, çünki Allah təala din qardaşlarının dualarında onun üçün bərəkət qərar verib."
10. Ailəni Allaha həvalə etmək
Eləki ki, İmam Baqir(ə) səfərə yola düşməyə hazırlaşırdı bütün ailə üzvlərini bir yerə cəm edərək belə buyurardı:
 "اللّهُمَّ اِنِّی اَسْتَوْدِعُکَ الْیَوْمَ دِینِی وَنَفْسِی وَمالِی وَاَهْلِی وَوَلَدِی وَجِیرانِی وَاَهْلِ حُزَانَتِی الشّاهِدَ مِنّا وَالْغائِبَ وَجَمِیعَ ما اَنْعَمْتَ بِهِ عَلَیَّ"
"İlahi dinim, canım, malım, ailəm, övladlarım, qonşularım, yaxında və uzaqda olan bizim dərdimizi çəkənlər və bütün mənə əta elədiyin nemətlərini sənə tapşırıram"
 11.Dinin və imanın hifz olunmasına diqqətli olmaq
İslam dini səfər barəsində sifariş etdiyi qayda və qanunlarla yanaşı insanı onun namaz və ibadətlərinə zərər vuracaq səfərlərdən çəkindirmişdir. Belə ki, İmam Əli(ə) buyurmuşdur ki, insan heç vaxt din və imanının xətərə düşəcəyindən qorxduğu səfərə getməməlidir
Səfər vaxtının qaydaları
1.Mənəvi hal
İmam Sadiq (ə) buyurmuşdur:  "Hər zaman səfərə çıxmaq üçün evdən xaric olsan bir daha evə qayıtmayacağın kimi xaric ol."
 2.Sədəqə vermək
İmam sadiq (ə) buyurur: "Səfərinizi sədəqə verməklə başlayın."
 3.Qədr surəsini oxumaq
İmam Baqir(ə) səfər zamanı qədr surəsi oxumağın əhəmiyyəti barədə buyurub: "Əgər bir şey Allahın  qəza və qədərinin qarşısını ala bilsəydi səfərdən öncə və evdən çıxan zaman "innə ənzalnah " surəsini oxuyan şəxsin evə sağ və salamat qayıdacağını deyərdim, təbii ki əgər Allah istəsə."
4.Ayətəl kürsi oxumaq
İmam Sadiq(ə) buyurub: "Səfərdə hər gecə "ayətəl kürsi" oxuyan şəxsin, özü və onunla birgə olan hər bir şeyi amanda olar."
5. Zuxruf surəsinin 13 və 14-cü ayələrini oxumaq
İmam Rza (ə) buyurub: 
«اِنْ خَرَجْتَ بَرّا فَقُلِ الَّذِی قالَ اللّهُ عَزَّ وَجَلَّ: سُبْحَانَ الَّذِی سَخَّرَ لَنَا هَـذَا وَ مَا کُنَّا لَهُ مُقْرِنِینَ وَ إِنَّـآ إِلَی رَبِّنَا لَمُنقَلِبُونَ» فَاِنَّهُ لَیْسَ مِنْ عَبْدٍ یَقُولُها عِنْدَ رُکُوبِهِ فَیَقَعُ مِنْ بَعیرٍ أَوْ دابَّةٍ فَیُصِیبُهُ شَیْی ءٌ بِاِذْنِ اللّهِ؛
Əgər quru ilə getsən Allah Təalanın bu buyurduğunu söylə: "Bu minikləri bizim üçün ram edən (Allah) pak və münəzzəhdir, (onları ram etməsəydi) biz onları ram etməyə qadir deyildik. Bizim  dönüş yerimiz Allahdir"
Miniyə minməmişdən öncə bu zikri deyən elə  şəxs yoxdur ki minikdən yıxılan zaman Allahın izni ilə xətadan amanda qalmasın.
6. Zəruri avadanlıqları götürmək
Allah Rəsulunun (s) davranışlarında olan məlumatlara əsasən, Peyğəmbər (s) in rəftarı bu olub ki, səfərdə özü ilə (ehtiyacı olduğu zəruri əşyalar) yağ qabı, sürmə qabı, qayçı, güzgü, fırça və daraq götürərdi.
Başqa rəvayətdə gəlmişdir: "Peyğəmbər (s) iynə, sap, ayaqqabısını və paltarını təmir etmək üçün özü ilə bir miqdar dəri götürərdi.”
Təbiidir ki, Peyğəmbər(s)  bu əşyaları o zamanın tələblərinə uyğun olaraq götürərdi. Hal hazırda isə artıq bu kimi əşyalara ehtiyac duyulmur.
7.Təkbaşına səfər etməmək
Allah Rəsulunun (s) Əli (ə)-a olan vəsiyyətində gəlmişdir: “[Ya Əli !] tək səfər etmə, çünki şeytan tək səfər edən  şəxslə olar.”
Rəvayətlərdə təkbaşına səfər etmək təkidlə qadağan olunmuşdur. Çarəsiz qalıb, tək səfər edən şəxsin Allahdan belə kömək diləməsi bəyənilir:
ما شاء اللّهُ لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللّهِ اللّهُمَّ آنِسْ وَحْشَتِی وَاَعِنِّی عَلی وَحْدَتِی وَاَدِّ غَیْبَتِی
İmam Kazim (ə) buyurub: “Tək başına səfər edən şəxs, bu duanı oxusun Allahın iradəsi hər nə olsa, o da baş verəcək: "Allahın köməyi olmadan heç bir qüvvət və hərəkət yoxdur. İlahi, mənim qorxuma ünsiyyət bağışla və mənə tənhalıqda kömək et, məni evimə sağlam geri qaytar!”
8.Başqa müsafirlərə kömək etmək
Peyğəmbər (s) buyurub: “Allah, mömin müsafirə kömək edən şəxsin 73 çətinliyini aradan aparar”.
9.Mal-mülkü qorumaq
İmam Sadiq (ə): “Atam dəfələrlə buyurub: “Müsafirin qudrətinin çoxluğu məxaricini yaxşı qorumasındadır. 
10.İmam Baqir (ə) səfər etmək məqsədi olan şiələrindən birinə belə göstəriş verdi: "Zərərsiz olduğunu yəqin etmədiyin göyərtini yemə və iyləmə və içində nə olduğunu bilmədiyin heç bir suyu içmə!"
11.Allahı yada salmaq
İmam Sadiq (ə) buyurub: “Allahın Rəsulu (s) səfərə getdiyi zaman, (yolun) alçaqlıqlarında təsbih (sübhənəllah), hündürlüklərində isə ucadan təkbir (Allahu əkbər) deyərdi.
12. Yoldan kənarda deyil, yol ilə addımlamaq
İmam Əli (ə) buyurub: “Səfər zamanı, dövrə vurmağa məcbur olsanız belə və məsafənin uzanmasına səbəb olsa da yolla hərəkət edin!” 
13. İstirahət etmək üçün münasib yer seçmək
Peyğəmbər (s) buyurub: “Yolun ortasında və dərələrdə (istirahət etmək üçün ) dayanmaqdan çəkinin!”
Hikmət sahibi olan Loğman öz övladına belə sifariş edir: “Səfər zamanı istirahət etmək istədiyində, rəngi gözəl və torpağı yumuşaq və otları daha çox olan yeri seç.”
14.Dostlarla ünsiyyət qurmaq
İmam Sadiq (ə) buyurub: “Din qardaşları səfərdən başqa zamanlarda bir-birinin görüşünə getməklə, səfər zamanı isə məktublaşmaqla əlaqədə olsunlar”.
Şübhəsiz ki, bu zaman da olan telefon və ya başqa vasitələr məktub yazmaqla müqayisədə daha asandır. 
15. Qrupla olan səfərlərimizdə aşağıdakı məsələlərə riayət edək
Birinci: Başçı seçmək
Peyğəmbər (s) buyurub: “3 nəfər birlikdə səfərə çıxdıqları zaman içlərindən birini başçı olaraq təyin etməlidirlər”.
İkinci: Alış-veriş məsulu təyin etmək
Allahın Rəsulu (s) buyurub: “Səfərə çıxan qrup pullarını (və dəyərli əşyalarını) bir nəfərə tapşırmalıdır. Çünki bu işin onlar üçün psixaloji və əxlaqi baxımdan xeyiri var.” 
Üçüncü: Allahın Rəsulundan (s) rəvayət olunmuşdur: “Peyğəmbər (s) səfərlərin birində öz səhabələrinə qoyun kəsmək göstərişini verdi. Onlardan biri “Kəsmək işi mənlik”, digəri “Dərisini soymaq mənlik”, başqası “Doğramaq mənim öhdəmə”, sonuncusu isə “Bişirmək də mənin öhdəmə” dedi. Allahın Rəsulu (s) buyurdu: “Elə isə, Mən də sizin üçün odun yığaram”. Səhabələr dedi: “Ey Allahın Rəsulu (s), ata və anamız sənə fəda  olsun! Belə etməyin. Biz (bunu) Sizin əvəzinizə edərik. Peyğənbər (s) buyurdu: “Bilirəm ki, edərsiz, amma Allahın xoşu gəlmir ki, bəndəsi dostları ilə olsun və (iş görməyib) tək qalsın”. Beləliklə Peyğəmbər (s) qalxaraq, odun yığmağa başladı.” 
Dördüncü: Başqalarına xidmət etmək
Allahın Rəsulu (s), səfərdə başqalarına xidmət etməyin əhəmiyyəti barədə buyurub: “Səfərdə olan qrup rəhbəri onların xidmətçisidir. Bu işdə onu ötmək istəyənin şəhadətdən (şəhid olmaqdan) başqa çarəsi yoxdur”.
Beşinci: Günah yerləri istisna olmaqla, ixtilafdan çəkinmək
İmam Sadiq (ə)-in buyurduğuna əsasən, Loğmanın öz övladına olan vəsiyyətində deyilir: “Ey oğlum! Allaha itaətsizlik (halları) istisna olmaqla yoldaşlarınla razılaş (və həmfikir ol)”.
Altıncı: İşlərdə məşvərət etmək
Həzrəti Loğman öz övladına buyurub: “Qrupla səfərə getdiyin zaman, həm öz işlərində, həm də onların işlərində onlarla məsləhətləş”.
Yeddinci: Böyüklərə itaət etmək
Həzrəti Loğman öz övladına belə buyurub: “Qrupla səfərə getdiyin zaman səndən böyük olan şəxslərin sözünə qulaq as, səndən bir şey istədikləri (və ya hansısa göstəriş verdikləri) zaman onların istəklərini yerinə yetir. 
Səkkizinci: Ən yaxşı azuqəni hazırlamaq
Həzrəti Loğman öz övladına tövsiyə edərək, bildirir: “Qrupla səfərə çıxdığın zaman az söhbət et, çox namaz qıl və minik, su, yemək kimi sahib olduğun şeylərdə əli açıq ol.” 
Doqquzuncu: Gözəl əxlaq
Allahın Rəsulu (s) buyurub: “Altı şey mərdliyin əlamətidir ki. onun üçü səfərdə və üçü səfərdən başqa yerlərədir. Səfərdə olan üç şey:
1.Öz azuqəsindən yol yoldaşlarına vermək,
2.Gözəl əxlaqlı olmaq,
3.Günaha səbəb olmayacaq həddə zarafatlaşmaq.
Onuncu :Səfər yoldaşlarınn səhvlərini gizlətmək
İmam Sadiq (ə) səfərdə davranış barədə belə buyurur: “İnsanın səfər yoldaşlarında gördüyü yaxşı və ya pis əməlləri başqalarına danışması mərdlikdən uzaqdır.”
Səfərdən qayıtmağın qayda qanunları
1.Səfərdən tez qayıtmaq
Həzrət Peyğəmbər (s) buyurub: “Səfər, çətinliklərin bir hissəsidir. Səfərinizi sona yetirsəniz, ailələrinizə tərəf qayıtmağı tezləşdirin.”
2.Ailə üçün hədiyyə  almaq
Həzrət Muhəmməd (s) buyurur: “Səfərə gedən şəxs geri döndüyü zaman bir daş parçası olsa belə ailəsinə hədiyyə alsın”.
3.Yuyunmaq və namaz qılmaq
İmam Sadiq (ə) buyurur: “Səfərdən dönən və evinə daxil olan şəxs ilk öncə yuyunsun və iki rükət namaz qılıb, daha sonra səcədə yüz dəfə şükr etsin.” 
4. “Vəlimə” (qonaqlıq) vermək
Allahın Rəsulu buyurub: “Dörd şeydə vəlimə (qonaqlıq) var:
1.Toy
2.Təzə doğulan uşaq üçün kəsilən qurbandan yemək hazırlıyıb, gələnlərə qonaqlıq vermək
3.“Ezar”; Uşağın sünnət olunması məqsədilə verilən qonaqlıq
4.“Əyab; İnsanın səfərdən qayıtdığı zaman din qardaşlarına verdiyi qonaqlıq.”
    Ziyarətin qaydaları 
Ziyarət etməyin bəzi qayda-qanunları var ki, onlara əməl etmək ziyarətin fəzilətinin artmasına səbəb olur. Burada onlardan bəzilərini qeyd edirik:
1. Ziyarətdə İlahi maraq və xalis niyyətin olması;
2. Xarici və batini paklığın olması (günahlardan tövbə və istiğfar etməklə);
3. Halal malla ziyarətə getmək;
4. Bihudə və boş sözlərdən çəkinmək;
5. Məsumları ziyarət etmək üçün ziyarət qüslu almaq;
6. Təmiz və pak paltarlar geyinmək, çirkli paltar və corablarla hərəmə daxil olmamaq;
7. Xoş qoxulu ətirlərdən istifadə etmək;
8. Mərifət və agahlıqıa ziyarət etmək; 
9. Bəzənti deyirki İmam Rzadan (ə) eşitdim ki, belə buyurdu:
“Heç bir övliya və ardıcılım mənim haqqımı tanımadan məni ziyarət etməz və haqqımı tanıyaraq məni ziyarət edəni qiyamət günündə şəfaət edərəm.”
10. Hərəmə gedən zaman zikr və təsbeh demək;
11. Dəstəmazlı halda ziyarətə getmək;
12. Ziyarətçilərlə xoş rəftar etmək;
13. Pak qəbri görəndə salam vermək - əssəlamu əleykum ya əhlə beytin-nubuvvət
14. Pak hərəmə daxil olmazdan öncə girmək üçün izn istəmək. - Şəhidi-əvvəl “drus” kitabinda buyurur: “Yaxşı olar ki, ziyarət edən şəxs hərəmin qapısının kənarında dayana və giriş icazəsini oxuya, əgər özündə təvazö, ürəyi yumşaqlıq və kövrəklik hiss etsə daxil olsun.” Mərhum Ayətullah Mamaqani buyurubdur: “Giriş izni verilməsinin göstəricisi odur ki, ziyarət edən şəxs qəlbində riqqət və ürəyisınıqlıq hiss edə.”
15. Qəbr sahibinin əzəmətinə diqqət və təfəkkür etməklə hərəmə daxil olmaq;
16. Girəndə sağ ayaqla girmək, çıxanda sol ayaqla çıxmaq - məscidlərə girib çıxmaq kimi;
17. Ziyarətnaməni ayaq üstə dayanaraq oxumaq;
18. Ziyarət zamani səsini yüksəltməmək;
19. Rəvayət olunmuş ziyarətnamələri oxumaq;
20. Ziyarət zamanı arxası qibləyə və üzü Həzrətə tərəf olmaq;
21. Zərihin kənarına getmək və zərihi opmək (bu şərtləki başqalarının maneçiliyinə və əziyyətə düşməsinə səbəb olmasın);
22. Ziyarət namazı qılmaq;
23. Zərihin kənarında Quran oxumaq və onu qəbr sahibinin ruhuna hədiyyə etmək, xüsusəndə “Yasin” surəsin;
24. Ziyarətdə yaxınlarını və dostlarını nəzərdə saxlamaq, yaxşı olar ki, desin: “اَلسَّلامُ عَلَیکَ یا مَولاىَ مِن «فُلانُ بنِ فُلان”- “filankəs filankəs oğlu” tərəfindən salam olsun sənə ey mənim ağam” və nəzrində tutduğu adamin adını desin və sonra desin: “اتَیْتُک زائِراً عِندَکَ فَاشفِعُ لَهُ عِندَ رَبّک-Ətəytukə zairan indəkə fəşfiu ləhu ində rabbikə”. Amma əgər desə: “اَلسَّلامُ عَلَیکَ یا وَلىَ الله مِن اَبى وَ اُمّى وَ زَوَّجتى وَ وَلَدى وَ جَمیعِ اَخوانى مِن اَلمؤمِنین- Əssəlamu ələykə ya vəliyəllah min əbi və ummi və zəvcəti və vələdi və cəmii əxəvani minəl-muminin” kifayət edər;
25. Başqalarının halını nəzərə almaq və kiməsə tənə vurmamaq, itələməmək və s.;
26. Pak hərəmin ətrafında və daxilində gözünü və baxışını qorumaq;
27. İmam Zaman ağa tərəfindən ziyarət etmək;
28. Ziyarətin bütün hallarında hüzuri-qəlbi qoruyub saxlamaq;
29. Ziyarəti bitirərkən məsum imamdan şəfaət istəmək;
30. Allahdan yenidən ziyarət nəsib etməsini istəmək;
31. Hərəmin qulluqçuları ilə hörmətlə davranmaq və onların xəbərdarlıqlarına diqqət etmək;
Ziyarət edən şəxs şərəfli məkanlarda bütün var gücü ilə özünün islahı üçün çalışmalıdır və qərara alsın ki qayıdandan sonra heç vaxt günaha mürtəkib olmasın.

    Səfər duaları

1.    Həmd, İxlas, Qədr, Nas, Fələq surələrini və Ayətəl-kursini oxumaq;
2.    Bu duanı oxumaq:  
       
اللَّهُمَّ إِنِّی أَعُوذُ بِکَ مِنْ وَعْثَاءِ السَّفَرِ وَ کَآبَةِ الْمُنْقَلَبِ وَ سُوءِ الْمَنْظَرِ فِی الْأَهْلِ وَ الْمَالِ وَ الْوَلَدِ اللَّهُمَّ أَنْتَ الصَّاحِبُ فِی السَّفَرِ وَ أَنْتَ الْخَلِیفَةُ فِی الْأَهْلِ وَ لَا یَجْمَعُهُمَا غَیْرُکَ لِأَنَّ الْمُسْتَخْلَفَ لَا یَکُونُ مُسْتَصْحَباً وَ الْمُسْتَصْحَبُ لَا یَکُونُ مُسْتَخْلَفا

Allahummə inni əuzu bikə min vəsais-səfəri və kəbətil-munqələbi və suil-mənzəri fil-əhli vəl-mali vəl-vələdi, Allahummə əntəs-sahibu fis-səfəri və əntəl-xalifətu fil-əhli və la yəcməuhuma ğayrukə liənnəl-mustəxləfə la yəkunu mustəshəbən vəl-mustəshəbu la yəkunu mustəxləfən” ( Ey Allah! Səfərin məşəqqətindən, dönüşün kədərindən, (camaatın) əhli-əyala, mala və övlada pis baxışından Sənə pənah gətirirəm. Allahım, Sən səfərdə yoldaşım, ailəmdə isə canişinimsən. Səndən başqa səfərdə yoldaşım, vətənimdə isə canişinim ola biləcək kimsə yoxdur. Çünki (vətəndə) hər kim canişin olsa, (səfərdə) yoldaş olmaz, yoldaş olan isə canişin deyil
3.    Bu kiçik duanı oxumaq: “اَللّهُمَ اَجعَل مَسیرى عِبَراً و صَمْتى تَفکّراً و کلامى ذکراً – Allahumməcəl məsiri ibərən və samti təfəkkurən və kəlami zikrən; (İlahi yolumu ibrət, sükutumu təfəkkür və kəlmımı öz zikrin qərar ver.)

    Seyyidüş-şühədanın ziyarətinin qaydaları 

1.    İmam Sadiq (ə) Səfvana göstəriş verdi ki, evdən hərəkət etməzdən öncə üç gün oruc tut və üçüncü gün qüsl al, ailəni yanına çağır və de: 

“اللَّهُمَّ إِنِّی أَسْتَوْدِعُکَ الْیَوْمَ نَفْسِی وَ أَهْلِی وَ مَالِی وَ وُلْدِی وَ کُلَّ مَنْ کَانَ مِنِّی بِسَبِیلٍ الشَّاهِدَ مِنْهُمْ وَ الْغَائِبَ اللَّهُمَّ احْفَظْنَا [بِحِفْظِکَ ] بِحِفْظِ الْإِیمَانِ وَ احْفَظْ عَلَیْنَا اللَّهُمَّ اجْعَلْنَا فِی حِرْزِکَ وَ لا تَسْلُبْنَا نِعْمَتَکَ وَ لا تُغَیِّرْ مَا بِنَا مِنْ نِعْمَةٍ وَ عَافِیَةٍ وَ زِدْنَا مِنْ فَضْلِکَ إِنَّا إِلَیْکَ رَاغِبُونَ 
Allahummə inni əstəvdiukəl-yəvmə nəfsi və əhli və mali və vuldi və kullə mən kanə minni bisəbiliniş-şahidə minhum vəl-ğaibə, Allahum məhfizna (bihifzikə) bihifzil imani vəhfəz aləyna Allahumməc’əlna fi hirzikə və la təslubna nimətəkə və la tuğayyir ma bina min nimətin və afiyətin və zidna min fəzlikə inna iləykə rağibun”

İlahi mən bu gün özümü, ailəmi, malımı, övladlarımı və hər kim ki, bir vasitə ilə mənə bağlıdı, burda olan və olmayanların hamısını sənə tapşırıram. İlahi bizi öz hifzinlə qoru, iman hifzi ilə qoru və bizim qoruyucumuz ol, ilahi bizi öz pənahında saxla, nemətini bizdən alma, və bizim üçün olan nemətlərini və salamatçılığımızı dəyişdirmə və bizə olan fəzilətini artır ki, biz sənin həsrətindəyik.
Bu zaman öz evindən təvazö ilə bayıra çıx.
Çoxlu de: “ لا اله الاّ اللّه و اللّه اکبر و الحمد للّه... – la iləhə illəllah vəllahu əkbər vəlhəmdulilləh” Allah həmd səna de və Peyğəmbərə (s) və ailəsinə salavat göndər və aram-aram və vuqarla hərəkət et. Rəvayət olub ki:

“Allah İmam Huseynin(ə) zairinin tərinin hər damcısından 70 min mələk yaradır və onlar qiyamət gününə qədər Allah-Taalaya təsbih deyirlər, onun və İmam Huseynin(ə) zəvvarlarının bağışlanmağını istəyirlər.
2.    Həzrət İmam Sadiqdən(ə) nəql olub ki, eləki İmam Huseynin(ə) ziyarətinə gedirsən, o Həzrəti hüzünlü, qəmli, saçları dağınıq, toz-torpaqlı, ac və susuz ziyarət et, çünki o Həzrət bu halda şəhid olub və sonra öz istəklərini istə və Kərbəladan qayıt və oranı özün üçün vətən qərar vermə.
3.    Ziyarətə gedən şəxs səfər zamanı yol azuqəsi üçün qızardılmış ət və şirniyyat kimi ləzzətli yeməklər götürməsin, əksinə çörək və süd yada qatıq götürsün. İmam Sadiqdən(ə) rəvayət olub ki, belə buyub: “Eşitmişəm bəziləri İmam Huseynin (ə) ziyarətinə gedirlər və özləri ilə içində qızardılmış çəpiş balası və şirniyyat olan yol azuqəsi götürürlər, əgər öz atalarının və dostlarının ziyarətinə getsələr qətiyyən bu yeməkləri özləri ilə götürməzlər.” Başqa bir etibarlı hədisdə rəvayət olunub ki, İmam Sadiq(ə) Müfəzzəl ibni Ömərə buyurdu: “İmam Huseyni(ə) ziyarət etməyiniz ziyarət etməməyinizdən yaxşıdı və ziyarət etməməyiniz ziyarət etməyinizdən yaxşıdır.” Müfəzzəl ərz etdi ki: “Belimi sındırdın.” İmam(ə) buyurdu: “Vallah əgər öz atalarınızın ziyarətinə getsəniz kədərli və qəmgin halda gedərsiniz, amma O Həzrətin(ə) ziyarətinə gedəndə özünüzlə müxtəlif yeməklər götürürsünüz, bir halda ki, gərək saçı dağınıq və toz totpaq içində gedəsiniz...”
4.    Təvazökarlıq, sadəlik, özünü öyməmək və zəlil bəndələr kimi yol getmək İmam huseynin(ə) ziyarət səfərində müstəhəb olan əməllərdəndir. O Həzrətin ziyarət ədəbləri haqda İmam Sadiqdən(ə) rəvayət olub ki: “Hər kim İmam Huseynin(ə) ziyarətinə piyada getsə Haqq-Taala onun hər addımının sayına min dənə yaxşılıq yazar və min günahını bağışlayar və cənnətdə onun dərəcəsini min dərəcə artırar. Eləki Fırat çayına çatdın qüsl al, ayaqqabılarını soyunub əlinə al, xar bəndələr kimi yol get.
5.    İnsan əgər yolda əzgin və yorulmuş piyada ziyarətə gedən kimisə görsə və oda kömək istəsə bacardığı qədər ona kömək etməyə çalışsın və onu mənzil başına çatdırsın, nəbadə onu yüngül saya və ona etinasız yanaşa. Şeyx Kuleyni etibarlı sənədlə Əbu Harundan rəvayət edib ki: “Mən İmam Sadiqin(ə) xidmətində idim, yanında olan bir dəstə insana belə buyurdu: “Sizə nə olub ki, bizə hörmətsizlik edirsiniz?” Onların arasından Xorasandan olan bir kişi ayağa qalxıb dedi: “Biz sizə və ya sizin əmrinizə hörmətsizlik etməkdən və ya onu yüngül saymaqdan Allaha pənah aparırıq.” İmam buyurdu: “Bəli sən özün o adamlardansan ki, yüngül saydın və məni xar etdin!” O kişi dedi: “Sizi xar etməkdən Allaha pənah aparıram.” İmam dedi: “Vay olsun sənə, Cohfə məntəqəsinə yaxın olanda eşitmədinki filankəs sənə dedi;-məni bir mil öz miniyində apar, Allaha and olsun mən yol getməkdən yorulmuşam.- and olsun Allaha sən başını belə ona tərəf çevirmədin və onu yüngül saydın və hər kəs bir mömünü xar etsə bizi xar edib və bizim hörmətimizi aradan aparıb!!”

6.    İnanılmış və böyük hörmətə layiq Muhəmməd ibni Müslümdən rəvayət olub ki, İmam Baqirə(ə) ərz etdi ki: “Biz atanız Huseyn ibni Əlinin(ə) ziyarətinə gedəndə, Allahın evində həcdə olduğumuz kimidir? İmam buyurdu; bəli. Ərz etdi: Bəs hacılara vacib olan bizədə vacibdir? İmam buyurdu; Sənə vacibdirki öz dostlarınla yaxşı ünsiyyət qurasan, xeyir sözdən başqa az danışasan, Allahı çoxlu yad edəsən, paltarların təmiz olsun və hərmə girməmişdən öncə qüsl alasan, təvazökar və ürəyi riqqətli olasan, çoxlu namaz qılasan, Muhəmməd və ali Muhəmmədə çoxlu salavat göndərəsən, özünü sənə layiq olmayan şeylərdən qoruyasan, gözlərini haramdan və şübhəli şeylərdən qoruyasan, pərişan mömün qardaşlarına yaxşılıq edəsən, kimisə görsənki xərcliyi qurtarıb ona kömək edəsən və öz xərcliyini onunla özün arasında qardaşyana böləsən və təqiyyə etməyin də vacibdir ki, dininin möhkəmliyi ona bağlıdır, həmçinin Allahın çəkindirdiyi işlərdən çəkinəsən, düşmənçiliyi, çox and içməyi tərk edəsən, and içməyə səbəb olan mübahisələr və münaqişələrdən çəkinəsən və bu cür etsən sənə həcc və ömrə savabı veriləcək və günahlarının bağışlanmasına nail olacaqsan və Allahın rəhməti və razılığı ilə vətənə qayıdacaqsan.”
7.    Əbu Həmzə Somalinin(Allah ondan razı olsun) rəvayətində, İmam Huseynin(ə) ziyarəti bölməsində İmam Sadiqdən(ə) nəql olunub: “Neynəva məntəqəsinə çatanda öz yükunu orada qoy və orada olduğun müddətdə özünə yağ sürtmə, gözlərinə sürmə çəkmə və ət yemə.”
8.    Fırat çayının suyu ilə qüsl almaq. İmam Sadiqdən (ə) olan hədisdə nəql olunur ki: “Hər kəs Fırat çayının suyu ilə qüsl ala və İmam Huseynin(ə) qəbrini ziyarət edə anadan olduğu gün kimi günahlardan təmizlənər, hətta günahları böyük günahlardan olsada belə.” Və rəvayət olunub ki: “O həzrətin xidmətinə ərz olundu ki; “Çox olur ki, biz İmam Huseynin(ə) ziyarətinə gedirik amma havanın ucbatından ya başqa səbəbdən ziyarət qüslu bizim üçün çətin olur.” İmam buyurdu; “Hər kim Fıratın suyu ilə qüsl ala və İmam Huseyni (ə) ziyarət edə ona sayilmağı mümkün olmayan qədər fəzilət və savab yazılar.” Bəşir Dəhhandan rəvayət olub ki, İmam Sadiq(ə) buyurdu: “Hər kim Huseyn ibni Əlinin(ə) qəbrinin ziyarətinə gedə və dəstəmaz ala və Fırat çayında qüsl edəə, elə bir addım qaldırıb endirməz ki, Haqq-Taala o addım üçün həcc və ömrə yazmamış olsun.” Bəzi rəvayətlərdən ələ gəlirki, ziyarətə gedən Fırat çayına çatanda yüz dəfə اللّه اکبر -Allahu əkbər, yüz dəfə لا اله الاّ اللّه – la ilahə illəllah və yüz dəfə peyğəmbər(s) və onun ailəsinə salavat gondərsin.
9.    Eləki müqəddəs hərəmə daxil olmaq istədin İmam Sadiqin(ə) Yusif Kənnasiyə buyurduğu kimi şərq tərəfdə olan qapıdan daxil ol.

10.    İbni Qulaveyhin rəvayətində gəlib ki, İmam Sadiq(ə) Müfəzzəl ibni Ömərə buyurdu: “Ey Müfəzzəl, eləki İmam Huseynin(ə) qəbrinə yetişdin, Rovzə qapısında dayan və bu kəlimələri oxu ki, hər bir kəliməyə görə Allahın rəhməti sənə nəsib olacaq;
 السَّلامُ عَلَیْکَ یَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ نُوحٍ نَبِیِّ اللَّهِ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ إِبْرَاهِیمَ خَلِیلِ اللَّهِ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ مُوسَى کَلِیمِ اللَّهِ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ عِیسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ مُحَمَّدٍ حَبِیبِ اللَّهِ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ عَلِیٍّ وَصِیِّ رَسُولِ اللَّهِ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ الْحَسَنِ الرَّضِیِّ السَّلامُ عَلَیْکَ یَا وَارِثَ فَاطِمَةَ بِنْتِ رَسُولِ اللَّهِ السَّلامُ عَلَیْکَ أَیُّهَا الشَّهِیدُ الصِّدِّیقُ السَّلامُ عَلَیْکَ أَیُّهَا الْوَصِیُّ الْبَارُّ التَّقِیُّ السَّلامُ عَلَى الْأَرْوَاحِ الَّتِی حَلَّتْ بِفِنَائِکَ وَ أَنَاخَتْ بِرَحْلِکَ السَّلامُ عَلَى مَلائِکَةِ اللَّهِ الْمُحْدِقِینَ بِکَ أَشْهَدُ أَنَّکَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَیْتَ الزَّکَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَیْتَ عَنِ الْمُنْکَرِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاکَ الْیَقِینُ السَّلامُ عَلَیْکَ 
-.وَ رَحْمَةُ اللَّهِ وَ بَرَکَاتُهُ
Əssəlamu ələykə ya varisə Adəmə səfvətillahi, əssəlamu ələykə ya varisə Nuhi nəbiyillahi, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillahi, əssəlamu ələykə ya varisə Musa kəlimillahi, əssəlamu ələykə ya varisə İsa ruhullahi, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillahi, əssəlamu ələykə ya varisə Əliyyin vəsiyyi Rasulilləhi, əssəlamu ələykə ya varisə Fatimətə binti Rasulillahi, əssəlamu ələykə əyyuhəş-şəhidus-siddiqu, əssəlamu ələykə əyyuhəl-vəsiyyul-bərrul-təqiyyu, əssəlamu aləl-ərvahil-ləti həllət bifinaikə və ənaxət birəhlikə, əssəlamu alə məlaikətillahil-muhdiqinə bikə, əşhədu ənnəkə qad əqamtəs-salatə və atəytəz-zəkatə və əmərtə bil-mərufi və nəhəytə ənil-munkəri və əbədtəllahə muxlisən hətta ətakəl-yəqinu, əssəlamu ələykə və rahmətullahi və bərakətuhu.
 
Sonra qəbrə tərəf gedirsən və hər atdığın addım üçün Allah yolunda öz qanında çapalayan adamın savabına nail olursan, eləki qəbrə çatdın əlini qəbrə sürt və de; السَّلامُ عَلَیْکَ یَا حُجَّةَ اللَّهِ فِی أَرْضِهِ وَ سَمَائِهِ - əssləamu ələykə ya huccətallahi fi ərzihi və səmaihi.
Sonra qəbirdən aralanıb namaza üz tutursan, və o həzrətin yanında qıldığın hər rükətin müqabilində min dəfə həcc və ömrə yerinə yetirmiş, min qulu azad etmiş və min dəfə Peyğəmbər(s) ilə birlikdə Allah üçün cihada qalxmış adamin savabına nail olursan.
11.     Əbu Səid Mədainidən nəql olub ki, İmam Sadiqin(ə) hüzuruna müşərrəf oldum və soruşdum: “İmam Huseynin(ə) qəbrinin ziyarətinə gedim?” İmam buyurdu: “Bəli, yaxşıların ən yaxşısı, pakların ən pakı, yaxşı iş görənlərin ən yaxşısı Peyğəmbərin(s) balası İmam Huseynin(ə) qəbrinin ziyarətinə get, eləki o həzrəti ziyarət etdin, o həzrətin başı tərəfdə min dəfə Əmirəl-mömüninin(ə) təsbehin və o həzrətin ayağı tətəfdə həzrəti Fatimənin (ə) təsbehin oxu. Sonra o həzrətin yanında iki rükət namaz qıl və o iki rükətdə Yasin və Ər-Rəhman surələrin oxu, eləki bu əməlləri yerinə yetirdin böyük savaba çatacaqsan.” Dedim: “ Qurbanın olum, Əlinin(ə) və Fatimənin(ə) təsbehini mənə öyrətdə.” Buyurdu: “Yaxşı ey Əbu Səid, Əlinin(ə) təsbehi budur;
 سُبْحَانَ الَّذِی لا تَنْفَدُ خَزَائِنُهُ سُبْحَانَ الَّذِی لا تَبِیدُ مَعَالِمُهُ سُبْحَانَ الَّذِی لا یَفْنَى مَا عِنْدَهُ سُبْحَانَ الَّذِی لا یُشْرِکُ أَحَدا فِی حُکْمِهِ سُبْحَانَ الَّذِی لا اضْمِحْلالَ لِفَخْرِهِ سُبْحَانَ الَّذِی لا انْقِطَاعَ لِمُدَّتِهِ سُبْحَانَ الَّذِی لا إِلَهَ غَیْرُهُ
Subhənəl-ləzi la tənfəduxəzainuhu, Subhənəl-ləzi la təbidu məalimuhu, sunhənəl-ləzi la yəfna ma indəhu, subhənəl-ləzi la yuşriku əhədən fi hukmihi, subhənəl-ləzi la izmihlalə lifəxrihi, subhənəl-ləzi la inqitaə limuddətihi, subhənəl-ləzi la ilahə ğayruhu. 
Həzrəti Fatimənin(ə) təsbihi bu cürdür:
سُبْحَانَ ذِی الْجَلالِ الْبَاذِخِ الْعَظِیمِ سُبْحَانَ ذِی الْعِزِّ الشَّامِخِ الْمُنِیفِ سُبْحَانَ ذِی الْمُلْکِ الْفَاخِرِ الْقَدِیمِ سُبْحَانَ ذِی الْبَهْجَةِ وَ الْجَمَالِ سُبْحَانَ مَنْ تَرَدَّى بِالنُّورِ وَ الْوَقَارِ سُبْحَانَ مَنْ یَرَى أَثَرَ النَّمْلِ فِی الصَّفَا وَ وَقْعَ الطَّیْرِ فِی الْهَوَاءِ
Subhənə zil-cəlalil-bəzixil-əzimi, subhənə zil-izziş-şamixil-munifi, subhənə zil-mulkil-faxiril-qadimi, subhənə zil-bəhcəti vəl-cəmali, subhənə mən tərədda bin-nuri vəl-vəqari, subhənə mən yəra əsərən-nəmli fis-səfa və vəq’ət-tayri fil-həvai.

12.     Vacib və müstəhəb namazlarını İmam Huseynin(ə) qəbrinin yanında qılsın, çünki o həzrətin yanında namaz qılmaq namazın qəbul olmasına səbəb olur. Seyyid ibni Tavus buyurub ki, “Bütün vücüdunla çalış ki, hərəmdə heç bir vacib və müstəhəb namaz əlindən çıxmasın.” Həmçinin rəvayət olub ki, “O həzrətin yanında qılınan vacib namaz həccə, müstəhəb namaz ömrəyə bərabərdir.” Müəllif deyir: “Hərəmdə qılınan namaz üçün olan çoxlu savab Müfəzzəlin rəvayətində qeyd olundu.” Etibarlı bir hədisdə İmam Sadiqdən(ə) nəql olunub ki; “Hər kim o həzrəti ziyarət edə və yanında iki rükət ya dörd rükət namaz qıla onun üçün həcc və ömrə savabı yazılar.” Rəvayətlərdən məlum olur ki, həm ziyarət namazını, həmdə başqa namazları, həm qəbrin arxasında, həmdə başı tərəfində qılmaq yaxşıdır, əgər başı tərəfdə qılmaq istəsə bir az arxa tərəfdə dayansın ki, müqəddəs qəbrin özü ilə üzbə-üz olmasın. Əbu Həmzə Somalinin İmam Sadiqdən(ə) nəql etdiyi rəvayətdə gəlib ki; “O həzrətin başı tərəfdə iki rükət namaz qılsın, birinci rükətdə Həmd surəsindən sonra Yasin surəsin, ikinci rükətdə Həmd surəsindən sonra Ər-rəhman surəsini oxusun, əgər istəsən bu namazı qəbrin arxasında qıl. Əlbətdə baş tərəfdə daha yaxşıdır, eləki bu namazı bitirdin istədiyin namazı qıl, amma bu iki rükət ziyarət namazından hər qəbri ki, ziyarət etsələr qəflət etməsinlər.” İbni Qulaveyh İmam Baqirdən(ə) nəql edir ki, bir nəfər buyurdu: “Ey filankəs, sənə nə mane olur ki, hər dəfə bir hacətin olanda İmam Huseynin(ə) qəbrinin yanına getməyəsən və onun yanında dörd rükət namaz qılıb hacətini Allahdan istəməyəsən, bir halda ki, o həzrətin yanında qılınan vacib namaz həccə və müstəhəb namaz ömrəyə bərabərdir?!

Əzadarlığın hökmləri
Əzadarlıq məclislərində aşağıdakı nöqtələrə riayət etmək zəruridir.
1.Dinin yüngül tutulmasına və düşmənlərin sui istifadəsinə səbəb olan işlərdən(qəmə vurma kimi) istər aşkarda istərsə də gizlində çəkinmək vacibdir. 
2.Bədənə açıq aşkar zərər verən işlərdən çəkinmək 
3.Yalan danışmaq, Əhli beyt(ə) və din böyüklərinin şəxsiyyətinə yaraşmayan işləri onlara nisbət verməkdən çəkinmək və eləcə də həqiqəti olmayan rövzələrdən uzaq durmaq lazımdır. Yalnız zəbani-hal  və ya xilafına dəlil olmayan şəxsi çıxarış ünvanı ilə belə rövzələrdən istifadə etmək olar.
4.Digərlərinin əziyyət və narahatçılığına səbəb olan işlərdən çəkinmək gərəkdir.
5.Əzadarlıq məclisi haram musiqi ilə və ya ləhv və ləib məclislərinə uyğun olan oxunuşla yanaşı olmalı deyil.  

İstiftaat(sual-cavab):
S: Əzadarlıq məclislərində kəsici alətlərə malik zəncirlərdən istifadə etməyin hökmü nədir?
C: Əgər belə zəncirlərdən istifadə etmək insanlarda dinə qarşı ikrah hissi yaranmasına gətirib çıxararsa və ya bədənə açıq aşkar zərər vurmasına səbəb olarsa caiz deyildir.
S: Əgər əza məclislərində iştirak etmək mükəlləf bir şəxsin vacibatlarının əldən çıxmasına səbəb olarsa(məs. Sübh namazı), onun belə məclislərdə bir daha iştirak etməməsi yaxşıdır, yoxsa belə məclislərdə iştirak etməməsi onun Əhli Beyt(ə)-dən uzaq düşməsinə səbəb olacaqdır?  
C: Məlumdur ki, namaz vacib və əzadarlıq məclislərində iştirak etməkdən üstündür, eləcə də əzadarlıq məclisində iştirak etmək bəhanəsi ilə namazı əldən vermək caiz deyildir. Lakin namaza maneçilik törətmədən əzadarlır məclislərində iştirak həm mümkün həm də təkid olunmuş müstəhəblərdəndir.
S: Gizlin şəkildə qəmə vurmaq caizdir yoxsa sizin fətvanız bu məsələdə ümumidir?
C: Qəmə vurma əməli ürfi cəhətdən hüzn əlaməti sayılmamaqla yanaşı İmamlarımızın(ə)- zamanında və ondan sonrakı zamanlarda da yerinə yetirilməmişdir. Eləcə də onu təsdiqi ümumi və ya xüsusi şəkildə Məsumlardan(ə) bizə yetişməmişdir. Hazırki zamanda isə məzhəbin gözdən düşməsinə gətirib çıxaran bir əməl hesab olunduğu üçün heç bir halda caiz deyildir.
S: Cismi və ruhi zərərin şəri meyar və ölçüsü nədir?
C: Meyar ürfün nəzrərində açıq aşkar bir zərərin olmağıdır.
S: Halal olub olmamasını və ya xümsu verilib verilməməsini bilmədiyimiz nəzr edilən qidanın yeyilməsinin işkalı vardırmı?
C: İşkalı yoxdur.

S: Əgər bir şeyin nəcis olub olmamasına şəkk etsək hökm nədir?
C: Bütün şeylərin öz özlüyündə hökmü pak olmaqdır, yalnız şəriət sahibinin nəcasət olmasına hökm verdiyi şeylərdən başqa.
S: Dəridən çox az şəkildə çıxan qan(məs: Piyada getmək səbibi ilə ayaqdan çıxan qan) nəcis hökmündədirmi? Bir halda ki yara qanı namazda bağışlanmış hesab olunur?
C: Bəli hər hansı miqdarda olursa olsun qan nəcisdir. Lakin bir neçə halda onunla namaz qılmaq olar:
1.Yara qanı və çapıq əgər sağalmayıbsa və eləcə də bədənin və libasın paklanması şəxsin özü və başqaları üçün məşəqqətli olarsa o şəkildə namaz qıla bilər.
2. Bədən və ya libasda olan qanın miqdarı baş barmağın bəndi miqdarından az olarsa.
S: Bəzi yerlərdə məşhur olan bədəni deşmək və ordan qıfıl və ya çəki daşı asmaqla keçirilən əzadarlıq caizdirmi?
C: Bu cür əməllər dinin gözdən düşməsinə və onda ikrah hissi yaranmasına səbəb olduğu üçün caiz deyildir.
S: Qadınlar kamil örtünməklə və hicaba riayət etməklə zəncir vurma və sinə vurma mərasimlərində iştirak edə bilərlər?
C: Qadınların sinəvurma və ya  zəncirvurma mərasimlərində iştirakçı kimi olması münasib deyildir.
S: Əzadarlıq məclislərində qəmə vurma nəticəsində ölən şəxs intihar etmiş hesab olunurmu?
C: Əgər bu əməl adətən ölümə səbəb olmursa intihar hesab olunmur. Lakin əvvəldən bu işin onun canına xətəri olmasını bildiyi halda bu işi görmüş və ölümünə səbəb olmuşdursa intihar etmiş hesab olunur.
S: Aşura günündə icra olunan qəmə vurma və ya köz üzərindən ayaqyalın keçmək kimi əməllər məzhəbin islam aləmində, eləcə də dünya səviyyəsində gözdən düşməsinə səbəb olursa və həmçinin cismi və ruhi zərərlərə və məzhəbə qarşı təhqirlərə gətirib çıxarırsa belə əməllərin sizin nəzərinizdə hökmü nədir?
C: Hər bir insana zərər vuran və dinə və məzhəbə qarşı ehtiramsızlığa gətirib çıxaran əməllər haram hesab olunur. Mömünlər belə işlərdən çəkinməlidirlər. Bilindiyi kimi belə əməllərin çoxu dinin və məzhəbin gözdən düşməsinə səbəb olur ki, bu da ən böyük xəsarət hesab olunur.
S: Bəzi müsəlmanların da əncam verdiyi bədənə zəncir vurma əməlinin hökmü nədir?
C: Əgər ürf(camaat) nəzərində hüzn və qəm əlaməti olaraq vurulma tərzində olarsa işkalı yoxdur.

Əgər biz birgə olsaq...
Əgər dünya əhalisinin böyük kəsimini və geniş coğrafi ərazini əhatə edən islam ölkələrinin xalqları ümumi maraqlarda birgə və həmrəy olsalar islam aləmi özünün yüksək inkişaf və tərəqqisinə yetişər. Sadəcə ümümi işlərdə birgə görsənmək; elə bu görsənməyin özünün böyük təsiri vardır. Lakin islam ölkələrinin başçılarının və ya mütəfəkkir şəxlərin bir birinin əleyhinə danışmaları hətta sadəcə dildə belə olmuş olsa da düşməni sevindirir və onlara ümid verir. Necə ki bu günün həqiqəti bundan ibarətdir. Bizim hətta dildə belə bir birimizin yanında olamağımız islam dünyasına əzəmət bəxş edir; islam ümmətinin şəxsiyyətinə bir  izzət verir. Hər zaman həmrəy olma nümunələrini biz müşahidə elədikdə  görürük ki, sadəcə cismlərin bir yerdə olması belə dünyada islamın şərəf və izzətinə səbəb olmuş, peyğəmbərin izzətinə gətirib çıxarmışdır. Elə ki, bayram namazını bahəm qıldığımız zaman bir birimizin kənarında duraraq deyirik:
"Əlləzi cəəltəhu lilmusliminə iydən və limuhəmmədin sallallahu ələyhi və alihi zuxrən və şərəfən və məzida"
Cismlərin namazda bir birinin yanında qərar tapmağı Peyğəmbər(s) üçün şərəf və islam ümməti üçün izzət və ehtiram deməkdir.
Həcc ictimai əməli də bu cürdür. Bu il müşahidə etdiniz ki, milyonlarla insan İmam Hüseyn(ə) ərbəinində necə bir birinin yanında oldular; Müsəlmanlardan ibarət – şiələrin çoxluq təşkil etməsinı baxmayaraq sünnilər də iştirak etdilər- bu əzəmətli bir hərakatın özü dünyada necə bir əks səda doğurdu;  təzim və tərifə layiq görüldü. Bunu dünyada ən böyük bir ictimai toplantı hesab etdilər. Kimlər tərəfindən? İslami məsələləri araşdıran şəxslər tərəfindən.
Mən burdaca o böyük hərəkat münasibəti ilə İraq dövlətinə və xalqına bu böyük imtahanda mühüm fədakarlıq, xidmət və səxavət göstərdiklərinə görə öz təşəkkürümü bildirməyi münasib görürəm. Bu ilki ərbəin böyük bir hadisə idi. Bu yolu islam və Əhli Beyt(ə) düşmənləri bağladıqlarını zənn edirdilər. Lakin görürsünüz necə böyük hərəkat baş verdi! Hətta cismlər belə bir birinin yanında olarsa görün necə əks səda doğurur. Əgər biz bir birimizin yanında olsaq; islam ölkələri, müsəlman xalqları - sünn, şiə və müxtəlif firqə və məzhəblərin qəlbləri bir biri ilə olsa, bir birlərinə qarşı siu-zənn etməsələr, bir birlərinə qarşı bəd niyyətli olmasalar, bir birlərini təhqir etməsələr görün dünyada nə baş verər və islam necə bir izzətə sahib olar! Vəhdət! Vəhdət!
Ayətullah uzma Xameneinin 8-ci Beynəlxalq İslami Vəhdət konfransında dövlət nümayəndələri və qonaqlarla görüşündəki bəyanatından. 19/10/1393 h/ ş.
Iraq xalqının fəziləti
Ayətullah uzma Xamenei həzrətləri ərbəin zəvvarlarının qarşılanmasındakı səxavət və qonaqpərvərliyi İraq xalqının mühüm xüsusiyyətlərindən hesab edərək belə buyurdular: Bu aşiqanə və mənəvi bir rəftar bu günkü maddi dünyada çox böyük təqdirə layiqdir. Hələ də İraq xalqının bu fəzilətinin dərinliyi doğru düzgün dərk edilməmişdir.
İraqın baş nazirinin İnqilab Rəhbəri ilə görüşü. 27/03/1394 h/ş.

        "Şur" yoxsa "şüur"
Ayətullah uzma Xameneinin dəftərxanasının beynəlxalq əlaqələr üzrə müavini Höccətil-islam Qumi "Ərbəin-1394" mərasimi ilə bağlı keçirilən yığıncaqda: Elə ki, ərbəin mərasiminin hesabatı Böyük İnqilab Rəhbərinə təqdim edildi Ayətullah uzma Xamenei belə buyurdu: 
"Camaat öz eşqi ilə Kərbəlaya gedirlər, lakin baxmaq lazımdır ki qayıdan zaman özləri ilə nəyi ərməğan gətirirlər?"
Ayətullah Xameneinin nəzəri budur ki, İmam Hüseyn(ə)-ın Kərbəla hadisəsindəki hədəfinin tanıdılması və bu mərifətin artırılması din alimlərinin öhdəsindədir. Onlar zəvvarlara Seyyidüş-şühəda yolunun dərkinin çoxalması yolunda kömək göstərməlidirlər. Bir sözlə yalnız şur olmasın şüur da ona əlavə olunsun.  
İkinci fəsil: Səfərdə
A) Xəritə
B) Ziyarət
C) Sənin üçün məktub (Rəhbərin Avropa və Amerika cavanlarına ünvanladığı ingilis, ərəb, fransız və ispan dilində məktubu)
"Şimali Amerika və Avropa gəncləri üçün;
Bağışlayan və mehriban Allahın adı ilə
Son Fransa hadisələri və bəzi qərb ölkələrində baş verən oxşar nümunələr məni, birbaşa olaraq bu hadisələr barədə söz açmağa vadar etmiş oldu. Mənim müraciətim sizədir; (siz gənclərə), bu, valideynlərinizə əhəmiyyət vermədiyim anlamına gəlməz. Bəlkə ona görədir ki, xalqlarınız və ölkələrinizin gələcəyi sizin əllərinizdə olacaq və bundan başqa bilirəm ki, siz gənclərin qəlbində həqiqətləri kəşf etmək istəyi daha canlı və daha güclüdür. Eləcə də mənim müraciətim sizin siyasətçilər və dövlət başçılarınıza da deyil. Çünki inanıram ki, onlar bilərəkdən siyasət yolunu, həqiqət və doğruluq yolundan ayırıblar.
Sizinlə İslam barəsində danışmaq istəyirəm. Xüsusilə İslam barədə sizə təqdim olunan sima barədə. Son iki onillikdə, xüsusilə Sovet İttifaqının süqut etməsindən sonra, bu böyük dini qorxunc bir düşmən kimi qələmə vermək istiqamətində bir çox səylər göstərilib. Təəssüflər olsun ki, qorxu və nifrət hissini təhrik və ondan sui istifadə etmək Qərbin siyasi tarixində uzun keçmişə malikdir. Qərbin indiyə kimi aşılamağa çalışdığı qorxu hissləri barədə danışmaq istəmirəm. Müasir tarix barədə aparılan həssas araşdırmalara ötəri bir nəzər salmaqla siz, Qərb dövlətlərinin rəftarlarının sədaqətdən nə qədər uzaq olduğunu anlaya, onların digər xalqlar və mədəniyyətlər ilə ikiüzlü rəftarlarının necə pisləndiyinə şahid ola bilərsiniz. Amerika və Avropa tarixi quldarlığa görə xəcalətli, müstəmləkəçiliyə görə utanc içində, xristian olmayan və rəngli dərililərin repressiya edilməsinə görə isə rahatsızlıqlarla doludur. Sizin tədqiqatçılarınız və tarixçiləriniz din adına katoliklər və protestantlar arasında axıdılan qanlara və ya 1-ci və 2-ci dünya müharibələri zamanı xalqlar adına törədilən qırğınlara görə son dərəcə xəcalət çəkirlər. Bu öz özlüyündə tərifə layiqdir. Mənim hədəfim bu uzun siyahinin bir hissəsini burda bəyan etməklə tarixi məzəmmət etmək deyildir. Lakin sizdən istəyim budur ki, öz mütəfəkkirlərinizdən soruşasınız ki, niyə həmişə qərbin ümumi vicdanı bir neçə on illikdən bəzən də bir neçə yüzillikdən sonra oyanmalıdır? Niyə vicdanlarda yenidən baxış anlayışı yalnız keçmişə aid edilməlidir? Niyə İslam mədəniyyəti və təfəkkürünə yanaşmanın düzgün metodunun və islam barəsində ümumi məlumatların yaranmasının qarşısı alınmalıdır? 
Siz yaxşı bilirsiniz ki, təhqir və digərlərinə qarşı yalançı nifrət və qorxu hissinin yaradılması zorakıların mənfəət bazası olmuşdur. Mən istəyirəm ki, özünüzə sual edəsiniz ki, niyə bu köhnə siyasətin tərkib hissəsi olan qorxu icad etmə və nifrət yaratma indi isə daha şiddətli bir şəkildə İslam və müsəlmanları hədəfə almışdır? Niyə bu günkü dünyanın qüdrət stukturu islam təfəkkürünü haşiyəyə çəkməyə meyillidir? Məgər islamın hansı dəyərləri dünyanın böyük qüdrətlərinin proqramlarını əngəlləyir və ya İslama qarşı yalnış təsvir yaratmaq sayəsində onlara hansı mənfəəti ərnmağan gətirir? Elə isə mənim sizdən istəyim budur ki, islama qarşı bu geniş represiya və qarayaxmaların səbəbi barəsində sual və axtarış edəsiniz.
Mənim ikinci istəyim budur ki, islama qarşı yönələn ədalətsizliklərin və mənfi təbliğatların müqabilində bu dinin bir başa və vasitəsiz olaraq dərk edilməsində təlaş göstərin. Səlis məntiq budur ki, ən azı biləsiniz ki, sizin qorxudulduğunuz və uzaq tutulduğunuz şeylərin mahiyyəti nədən ibarətdir? Mən israr etmirəm ki, mənim dindən etdiyim çıxarışı və ya hər hansı bir baxışı qəbul edəsiniz. Sadəcə istəyim budur ki, bu aləmdəki dinamik və böyük təsirə malik həqiqətin qərəzli şəkildə və aludə hədəflərlə sizə tanıdılmasına icazə verməyəsiniz. İcazə verməyin ki, riyakarcasına öz əlaltıları olan teroristləri islamın nümayəndələri kimi sizə tanıtsınlar. İslamı öz əsli və ilkin mənbələrindən əxz edin. Islamla Qurani Kərim və islam peyğəmbərinin həyatı vasitəsi ilə tanış olun. Mən buradaca sizdən soruşuram ki, heç indiyə qədər özünüz birbaşa müsəlmanların Quranına müraciət etmisiniz? İslam peyğəmbərinin insani və əxlaqi təlimlərini mütaliə etmisiniz? İndiyə qədər mediadan başqa bir yolla islamın ilahi mesajını digər mənbələrdən əldə etmisiniz? Heç özünüzdən soruşmusunuz ki, həmin islam hansı dəyər bazasına söykənərək əsrlər boyu dünyanın ən böyük elmi və təfəkkür mədəniyyətini ərsəyə gətirdi və ən üstün alimləri yetişdirdi.
Mən sizdən istəyirəm ki, qarayaxmalar vasitəsi ilə sizinlə həqiqət arasında hissi bir sədd icad etməklə sizdən azad götürqoy etmək imkanını almalarına icazə verməyəsiniz. Bu gün rabitə vasitələri coğrafi sərhədləri qırmışdır. İcazə verməyin sizləri saxta və zehni sərhədlərdə həbs eləsinlər. Düzdür ki, fərdi şəkildə heç kəs bu icad olmuş ayrılıqların yerini doldurmaq iqtidarında deyildir lakin sizlərdən hər biriniz özünüzü və ətrafınızı aydınlatmaq məqsədi ilə bu ayrımtıların üzərinə insaf və təfəkkürdən ibarət bir körpü tikməyə qadirsiniz. Siz cavanlar və islam arsında yaradılmış bu planlı problem acı olsa belə sizlərin təhqiqatçı və haqq ardınca olan zehninizdə yeni suallar icad etməyə qadirdir və bu sualların cavabını tapmaq səyləri sizlərə, qarşınızda olan yeni həqiqətlərin kəşfində yeni fürsətləri açmağa yardım edəcəkdir. Buna görə də islamı düzgün və qərəzsiz dərk etmə fürsətlərini əldən verməyin. Ümid edirəm ki, gələcək nəsil sizin bu həqiqət qarşısındakı anlamlı olmağınız sayəsində, bu zaman kəsimində yaşanan İslam və qərb münasibətlərini vicdanı ağrımadan və asudə qələmə ala bilsin.
 Seyyid Əli Xamenei - 01/11/1393

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.