Həzrət Fatimənin gecəylə dəfn olunması

15:02 - 2019/01/28

Həzrət Zəhranın (əleyha səlam) gecəylə dəfn olunması şiənin haqq olmasına bir tarixi sübutdur.

Həzrət Zəhranın(əleyha səlam) şəhadəti barəsində önə gələn suallardan biri də budur ki, niyə o həzrət gecə vaxtı dəfn olunmuşdur?  Bu suala cavab tapmaq üçün bu haqda nəql olunan rəvayətlərə müraciət edirik.
Əhli sünnə öz mötəbər kitablarında Həzrət Zəhranın(əleyha səlam) gecə dəfn olunmasının səbəbinin o xanımın birinci xəlifə Əbu Bəkirdən narazı olmasını yazırlar. Elə isə o rəvayətlərdən bəzilərini burada qeyd edirik:
1. Buxari öz kitabında belə yazır:
 "Fatimə(s) altı ay atası Rəsulullahdan(s)  sonra yaşadı. Elə ki, dünyadan köçdü, həyat yoldaşı Əli(ə) onu gecə ikən dəfn etdi və Əbu Bəkri bu işdən xəbərdar etmədi."(1)
2. İbn Quteybə Dinəvəri "Təvilu muxtələfil-hədis" kitabında belə yazır: "Həzrət Fatimə(əleyha səlam) Əbu Bəkrdən atasının irsini istədi. Lakin Əbu Bəkr bunu qəbul etmədi.  Fatimə and içdi ki, bundan sonra Əbu Bəkrlə danışmasın və vəsiyyət etdi ki, gecə vaxtı dəfn edilsin ki, Əbu Bəkr onun dəfnində iştirak etməsin."(2)
3. Əbdürrəzzaq Sənani belə yazır:
 "Peyğəmbərin(s) qızı Fatimə(s) gecəylə dəfn olundu ki, Əbu Bəkr ona namaz qılmasın. Çünkü o ikisi arasında bir hadisə baş vermişdi."(3)
4. İbn Bəttal "Səhih Buxari" kitabının şərhində belə qeyd edir:
"Əli ibn Əbi Talib(ə) həyat yoldaşı Fatiməni(ə) gecəylə dəfn etdi ki, Əbu Bəkr ona namaz qıla bilməsin. Çünkü o ikisi arasında bir şey olmuşdu."(4)
Həmçinin bu barədə imamlardan(əleyhimussəlam) da bir çox rəvayətlər nəql olunmuşdur. Rəvayərlər bunu göstərir ki, Həzrət Zəhra(səlamullah əleyha) Rəsulullahdan(sallallahu əleyhi və alihi) sonra ona olunan zülümlərə görə gecə dəfn olunmasını vəsiyyət etmişdir. Buna misal olaraq Əli ibn Əbu Həmzənin rəvayətini göstərmək olar. O, İmam Sadiqdən(ə) Peyğəmbər qızının gecəylə dəfn olunmasının səbəbini soruşduqda İmam(əleyhissəlam) belə cavab verir: "Fatimə(ə) vəsiyyət etmişdi ki, onu gecə dəfn etsinlər ki, Əbu Bəkr və Ömər onun cənazəsinə namaz qılmasınlar." (5)
Həzrət Fatimənin(əleyha səlam) gecəylə dəfn edilməsi onun qəbrinin məxfi qalmasına səbəb oldu. Belə ki, illər sonra alimlər arasında Rəsulullahın ciyər parəsi olan əziz qızının qəbrinin harada olması barədə ixtilaflar yarandı. Bu məsələ şiənin haqq olmasına bir tarixi sənəddir. Bu sual həmişə haqq axtaran şəxslərin zehnində həkk olundu ki, Allah rəsulunun(s) vəfatından sonra əziz qızının başına nələr gəldi ki, o həzrət, gecə dəfn olunmasını vəsiyyət etdi və beləliklə mübarək qəbrinin məxfi qalmasına səbəb oldu?

(1). Səhih Buxari, c4, səh. 1549, hədis 3998,  "kitabul-məğazi", "babu ğəzvəti xeybər",  "Daru İbn Kəsir", Əlyəmamə- Beyrut.
(2). Təvilu müxtələfil-hədis, Əldinəvəri, Əbu Muhəmməd Əbdullah ibn Müslim İbn Quteybə, c1, səh.300, "darul-ceyl, Beyrut, 1972.
(3). Əl-Musənnəf, Əbu Bəkr Əbdürrəzzaq Əs-sənani, c3, səh.521, h6554, 6555, Əl-məktəbul-islami, Beyrut, 1403 h/q.
(4). Şərhu Səhih Əl-Buxari, İbn Bəttal Əlbəkri Əlqirtəbi, c3, səh.325, Məktəbətur-ruşd- Əssəudiyyə/ Ər-riyaz, 2003.
(5). İləluş-şərai, Şeyx Səduq, c1, səh.185.

 

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.