Həzrət Zəhranın(ə) adının Qurani Kərimdə hallanmaması

17:49 - 2019/02/01

-İslami rəvayətlərə əsasən Qurani Kərimin bəzi surə və ayələri Həzrət Zəhra(ə) barəsində nazil olmuşdur. Onlardan "Kövsər" və "Dəhr" surələri və 30-a qədər ayəni misal gətirmək olar.

Sual: Niyə Həzrət Məryəmin(ə) adı Qurani Kərimdə gəlmişdir, lakin Həzrət Zəhranın(ə) adı zikr olunmamışdır?
Cavab:
1. Qurani Kərimdə bir şəxsin adının hallanması həmişə fəzilət mənasında deyildir. Çünkü Quranda zülmkar və müşrük şəxslərin də adı çəkilmişdir. Məsələn Əbu Ləhəb, Firon kimi.
2. Həzrət Zəhranın(ə) adının Qurani Kərimdə açıq aşkar gəlməməsinə baxmayaraq bir çox rəvayətlərə əsasən Həzrət Zəhranın(ə) məqamı Məryəm xanımdan daha üstündür. İmam Sadiq(ə) bu barədə belə buyurur: "Məryəm(ə) öz zamanının xanımlarının seyyidəsi idi, lakin Fatimə(ə) əvvəldən axıradək bütün dünya xanımlarının seyiddəsidir." Adətən bir şəxsin şəxsi üstünlüklərini və fəzilətlərini sadalamaq onun yalnız adının hallanmasından mühümdür.(1)
3. Bundan əlavə Qurani Kərimdə Əhli-Beyt əleyhimussəlam barəsində elə ayələr nazil olmuşdur ki, o Həzrətin adının çəkilməsindən də üstündür. Haqq ardınca olan şəxslər bir ifədənin açıq aydın deyilməsi ilə üstüörtülü şəkildə deyilməsi arasında nə kimi fərqlərin olmasını və hansının daha təsirli olmasını gözəl anlayırlar.(2)
4. İslami rəvayətlərə əsasən bir sıra ayələr və surələr Həzrət Zəhra(ə)nın barəsində nazil olmuşdur. Onun barəsində nazil olan surələrə misal olaraq "Dəhr" və Kövsər" surələrini göstərmək olar. Bundan əlavə 30-dan çox ayə o Həzrətin barəsində nazil olmuşdur ki, onlardan bəziləri aşağıdakılardır:
1). Təthir ayəsi: "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"(Əhzab/33)
2). Məvəddət ayəsi: "(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm."(Şura/23)
3). Mübahilə ayəsi: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə´nət etməsini diləyək!" (Ali İmran/61)
4). "Biz onu mübarək bir gecədə nazil etdik. Biz qorxudanıq!" (Duxan/3)
5. "Həqiqətən, Biz onu (Qur´anı) Qədr gecəsi nazil etdik!" (Qədr/1) (Bu ayələrdə gecə sözündən məqsəd Həzrət Fatimə(ə)dir )

Mənbə:
(1).Təfsirul- Burhan, c1, səh.618.
(2).Ğayətul-məram, 59-cu bab, 2-ci fəsl, səh.265.

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.