Orucun xüsusiyyətləri

13:13 - 2016/06/16

Orucun nə xüsusiyyəti var ki o, "atəş qarşısında qalxandır" deyə hədisdə qeyd olunub ? Orucun xüsusiyyəti insanın özünü nəfsani istəklərdən saxlmasından ibarətdir. Allah qurani kərimin naziat surəsinin 40-cı ayəsində belə buyurur: "Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə."   Oruc günahlara qarşı səbir, və şəhvətə qarşı dözümlü olmaqdır. Buna görədə rəvayətlərdə "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək istəyin ! Bu, ağır iş olsada (Allaha) itaət edənlər üçün ağır deyildir" {3} ayəsindəki "səbr" sözündən məqsədin oruc olduğunu qeyd ediblər.   

   İmam Sadiq (ə) buyur: "Nəfsin orucu beş hiss uzvunu günahlardan qorumaqdır". Əmir əl-möminindən (ə) nəql olunmuşdur ki, nəfsin orucu cismin, qarının orucundan fərqlidir. İnsanın nəfsinin orucu odur ki, beş hiss üzvü hamısı günahlardan çəkinsin. " (Nəfsin orucu) Qəlbin bütün nəfsani istəklərdən təmizlənsin"{1}.
   Ramazan ayı günahların bağışlanması, tövbələrin qəbulu, duaların müstəcəb olması, qəlblərin saflaşması üçün bir fürsətdir. Oruc imanı ölçmək üçün bir vasitədir. Hansı ki bu ayda Allah oruc olan şəxsə imsakdan iftara qədər olan vaxt ərzində hətta yemək, içmək və s kimi hallaları da qadağan edərək insanın imanını sınayır. Peyğəmbərdən (s) nəql olunan səhih və mötəbər bir hədisdə deyilir: "Oruc atəşin qarşısında qalxandır." {2} Əhli sünnə kitablarında da buna oxşar məzmunlu hedislər qeyd olunmuşdur. "Oruc qiyamət günü mömin bəndənin qalxanıdır. Necə ki, sizdən biriniz dünyada özünü silahla müdafiə etdiyi kimi axirətdə də oruc vasitəsi ilə özünüzü cəhənnəm atəşindən qoruyacaqsınız"
   Orucun nə xüsusiyyəti var ki o, "atəş qarşısında qalxandır" deyə hədisdə qeyd olunub ? Orucun xüsusiyyəti insanın özünü nəfsani istəklərdən saxlmasından ibarətdir. Allah qurani kərimin naziat surəsinin 40-cı ayəsində belə buyurur: "Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə."   Oruc günahlara qarşı səbir, və şəhvətə qarşı dözümlü olmaqdır. Buna görədə rəvayətlərdə "Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək istəyin ! Bu, ağır iş olsada (Allaha) itaət edənlər üçün ağır deyildir" {3} ayəsindəki "səbr" sözündən məqsədin oruc olduğunu qeyd ediblər.         

{1} "Qürər əl-hikəm", səh.176
{2} "Əl-Kafi fi əl-üsul", c.2, səh 18
{3} "Bəqərə", 45

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.