Ramazan kölgəsində

13:19 - 2016/06/18

   İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə Muhəmməd ibn Müslimə müraciətlə deyilir: "Ey Muhəmməd! Oruc tutduqda qulağın, gözün, dilin, ətin, nəfəsin, dərin, tükün, bədənində oruc olsun"

    İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə Muhəmməd ibn Müslimə müraciətlə deyilir: "Ey Muhəmməd! Oruc tutduqda qulağın, gözün, dilin, ətin, nəfəsin, dərin, tükün, bədənində oruc olsun". {1}
   İmam Sadiq (ə) öz yaxın səhabəsinə, şagirdinə buyur ki, oruc tutduqda sənin eşitmə hissində oruc olmalıdır. Görmə hissində oruc olmalıdır. Dilində oruc olmalıdır. Ətin ,dərin, tükün, qanında oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan. Sadə könülləri aldatmamalı, müsəlman qardaşların üçün, İslam cəmiyyəti üçün fitnə hazırlamamalısan. Bəxahlıq etməməli, ittiham etməməli, çəkidə aldatmamalı, əmanətdarlıq etməlisən. Ramazan ayında öz nəfsini yeməkdən, içməkdən, nəfsani istəklərdən, ehtiraslardan, intim duyğulardan qorumaqla oruc tutan insan öz dilini, öz qulağnı, bütün bədən üzvlərini oruc hesab etməlidir. Özünü Allaha həsr etməli, günahlardan uzaq olmalıdır. Hədisin ardında deyilir: "Oruc tutduğun gün adi günlər kimi olmasın". Ramazan ayında digər adi günlərdə olduğu kimi davranmamalısan. Nəfsinin tərbiyəsinə diqqət etməli, bu fürsəti qənimət sanmalısan. {2}
   Həqiqətəndə insan ramazan ayında Allahın ona verdiyi bu gözəl fürsətin qədrini bilsə və bu ayda nəfsini saflaşdırmaqla məşğul olsa mənəvi baxımdan çox böyük irəlləyişlərə nail ola bilər. Dünən keçmişdə qalıb, sabahı isə görüb-görməməyimiz məlum deyil. Bizim əlimizdə olan bu günümüzdür. Gəlin içərisində olduğumuz bu mübarək saatların qədrini bilərək əlimizdə olan bu fürsətdən istifadə edək.

{1} "Rövzə əl-vaizin", c.2, səh 350
{2} "Ramazan kölgəsində" səh 46

کلمات کلیدی: 

Plain text

  • Allowed HTML tags: <a> <em> <strong> <span> <blockquote> <ul> <ol> <li> <dl> <dt> <dd> <br> <hr> <h1> <h2> <h3> <h4> <h5> <h6> <i> <b> <img> <del> <center> <p> <color> <dd> <style> <font> <u> <quote> <strike> <caption>
  • Web page addresses and e-mail addresses turn into links automatically.
  • Lines and paragraphs break automatically.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.